Məhkəmə qərarları › İş №8(060)-832/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-832/2023

31.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-832/2023 31.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Tələbkar1 ASC-nin nümayəndəsi X1 iştirakı ilə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Bağırovun Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(060)-3147/2022 saylı, 2(060)-7142/2022 saylı, xx.xx.2022ci il tarixli və 2(060)-3608/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Bağırov Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(060)-3147/2022 saylı, 2(060)-7142/2022 saylı, xx.xx.2022ci il tarixli və 2(060)-7142/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3147/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu AR İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinmiş və 200 manat cərimə edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7142/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 5552,86 manat alınaraq Tələbkar1 ASC-nə ödənilməlidir. Qubadlı Rayon Məhkəməsinin 2(028)-350/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 238,40 manat alınaraq Tələbkar2 QSC-nə ödənilməlidir. İcra sənədləri xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə idarənin icraatına daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəlmişdir. Tələbin yönəldilməsi Borclu barədə müvafiq idarə, müəssisə, təşkilatlara və banklara sorğular edilmiş, lakin adma pul vəsaiti, əmlak və ya qiymətli əşya aşkar olunmamışdır. İcraata başlamaq haqqında qərar və bildiriş borcluya rəsmi qaydada təqdim edilmiş və eyni zamanda ondan icra sənədləri üzrə yaranmış 200 manat, 5552,86 manat və 238,40 manat borcunu ödəməsi məqsədi ilə dəfələrlə izahatlar alınmışdır. Göstərilənlərə əsasən Borclu barəsində ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məsələyə baxılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Tələbkar1 ASC-nin nümayəndəsi X2 bildirmişdir ki, borclu icra sənədi üzrə hazırki vaxtadək heç bir ödəniş etməmişdir. Onun barəsində məcburi icra tədbirlərinin təmin olunması üçün dəfələrlə müraciət etsələr də, heç bir müsbət nəticə əldə etməmişlər. Qeyd olunanlara əsasən təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, borclu, digər tələbkarların nümayəndələri və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Hazırkı halda məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3147/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən Borclu Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və 200 manat məbləğində cərimə olunmalıdır. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Bağırov tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 3147/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Bağırov tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3147/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu tələbi könüllü icra etmək üçün vaxt verilmişdir, borclu bildirişi aldığını imza edərək təsdiqləmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7142/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu əsassız varlanmaya görə 5478 manat 07 qəpik və 74 manat 79 qəpik ödənilmiş dövlət rüsumu tutularaq Tələbkar1 ASC-nin xeyrinə tutulmalıdır. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Bağırov tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 7142/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Bağırov tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7142/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu tələbi könüllü icra etmək üçün vaxt verilmişdir, borclu bildirişi aldığını imza edərək təsdiqləmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3608/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən iddia tələbi qismən təmin edilməli, cavabdeh Borclu 198 manat əsas borc, 10 manat cərimə borcu olmaqla, cəmi 208 manat məbləğində borc, 30 manat dövlət rüsumu və 0,40 qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı məbləğində pul alınıb iddiaçı Tələbkar2 Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Bağırov tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3608/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Bağırov tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 22(060)-3608/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu tələbi könüllü icra etmək üçün vaxt verilmişdir, borclu bildirişi aldığını imza edərək təsdiqləmişdir. Təqdimata əlavə edilmiş “Elektron icra” sistemindən əldə edilmiş məlumata əsasən Borclu mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci maddəsində qeyd olunur ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, təqdimat təmin edilməli və Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Bağırovun təqdimatı təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(060)-3147/2022 saylı, 2(060)- 7142/2022 saylı, xx.xx.2022-ci il tarixli və 2(060)-3608/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinə əsasən xx.xx.1994-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar