Məhkəmə qərarları › İş №8(060)-84/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-84/2024

01.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-84/2024 01.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, Borclu iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3940/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3940/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 3923.21 manat məbləğində pul tutularaq "xxxx" KB ASC-yə ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3940/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi icra edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək təqdimatını onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3940/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 3923.21 manat məbləğində pul tutularaq "xxxx" KB ASC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş, müvafiq qaydada icraata başlanılaraq, qərarın surəti könüllü icra haqqında bildirişlə bərabər borclunun icra sənədində göstərilən ünvanına göndərilmiş, habelə xx.xx.2023-cü il tarixdə kötüyünə imza etdirməklə yenidən əlbəəl təqdim edilmiş və tələbi təmin etməyəcəyi halda barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq olunmuş, lakin tələb təmin olunmamışdır. Tələb təmin olunmadığı üçün borclunun əmlak və gəlirləri barədə Elektron icra informasiya sistemindən çıxarış edilmiş, lakin borcluda tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirlər aşkar edilməmişdir. Hazırki icraat materiallarına əsasən icra sənədi üzrə heç bir ödəniş olunmamışdır. Borclunun icra sənədinin icrasından yayınaraq ölkə hüdudlarını tərk etməsi ehtimal edildiyindən, hesab edir ki, onun ölkədən getmək hüququ borc məbləği tam ödənilənədək məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1-ci maddəsini rəhbər tutaraq, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3940/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu (xx.xx.1987, Sumqayıt şəhəri, FİN:5HWUDR) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Borclu izahatında bildirdi ki, yanvar ayında icra məmurunun yanında demişdir. Hissə-hissə ödəməyi barədə razılaşmışdır. Lakin hazırda icra məmuru bu təqdimatla müraciət etmişdir. O işləmiş, lakin işdən çıxdığı üçün ödənişləri edə bilməmişdir. Hazırda işləmir. Şirkət bağlanmışdır. Ödənişləri edə bilməmiş və bu səbəbdən də borclar yığılmışdır. Ona kimi ödənişləri normal şəkildə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata icra məmurunun və tələbkarın iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə təqdimatı və işin hallarını araşdırıb hesab edir ki, təqdimat əsaslıdır və icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməlidir. İş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3940/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddia tələbi təmin edilməli, cavabdeh Borclu 3450.69 (üç min dörd yüz əlli manat altmış doqquz qəpik) manat əsas, 359.28 (üç yüz əlli doqquz manat iyirmi səkkiz qəpik) manat faiz, 54.19 (əlli dörd manat on doqquz qəpik) cərimə, cəmi 3864.16 (üç min səkkiz yüz altmış dörd manat on altı qəpik) manat borc və ödənilmiş 59.05 (əlli doqquz manat beş qəpik) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın sürətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3940/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraaa başlamaq haqqında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayev tərəfindən qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Borclu Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3940/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbi dərhal icra etmək müəyyən edilmiş, tələbin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclu tələbin könüllü icrası haqqında bildirişi və qərarı xx.xx.2023-cü il tarixdə rəsmi qaydada qəbul etmişdir. Sumqayıt Şəhər üzrə İcra İdarəsinə Borclu tərəfindən ünvanlanmış izahatdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3940/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan cəmi 3923.21 manat məbləğində pul tutularaq "xxxx" KB ASC -nin xeyrinə ödənilməlidir. İcra sənədi barədə məlumatlıdır. İcra məmuru tərəfindən göndərilən qərar və bildirişi almışdır. İcra sənədi borcunu tam ödəməyə imkanı çatmır. Oktyabr ayından ayda 100 manat olmaqla ödəməyə başlayacaqdır. Ölkə xaricinə çıxmır. Adına rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlak, aidiyyəti təşkilatlarda qiymətli kağızları və ya əmanətləri, əlavə hər hansı gəlir yoxdur. Məhkəmə təqdimatın iş materiallarına əlavə edilmiş sənədlər əsasında təsdiq olunduğu üçün əsaslı hesab edərək, təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Qanunun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2015-ci il tarixli qərarının 2-ci bəndinə əsasən qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. X3 şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 may 2017-ci il tarixli qərarında qeyd olunur ki, “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsində nəzərdə tutulan məhdudlaşdırıcı tədbirin qanunvericilik qaydasında nizamlanması hüquqi müəyyənlik, habelə mütənasiblik konstitusiya prinsiplərinə uyğun olmalıdır. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2 bəndinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub olmamasını yoxlayır. Həmçinin, həmin Təlimatın 2.4 bəndinə görə, təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, hazırki halda borclunun barəsində ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatından imtina edilməsi üçün əsaslar mövcud deyildir. Belə olan halda təqdimatın təmin edilməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində formalaşan hüquqi mövqeyə uyğundur. Məhkəmə yuxarıda qeyd olunanları və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin e- 2(060)-3940/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu şəxs Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini, Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqdimat təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3940/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu şəxs Borclu ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar