Məhkəmə qərarları › İş №8(060)-840/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-840/2023

14.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-840/2023 14.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi ilə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmovun Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-4490/23 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmov Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-4490/23 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-4490/23 saylı icra sənədinə əsasən Borclu ümumilikdə 354 manat məbləğində borc və 30 manat dövlət rüsumu məbləğində pul alınıb tələbkar "xxxx" MMC-yə ödənilməlidir. İcra vərəqəsinin icrası ilə bağlı Borclu şifahi və yazılı xəbərdarlıq olunmuşdur. Lakin Borclu məhkəmə qərarının icrası ilə bağlı çağırışlara gəlməmiş və səbəbi barədə məlumat verməmişdir. Ona görə də, borclunun qərəzli hərəkəti nəticəsində icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Tələbkar "xxxx" MMC tərəfindən məhkəməyə məktub göndərilərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması və təqdimatın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə işə tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Təqdimata əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 4490/23 saylı icra sənədinə əsasən Borclu ümumilikdə 354 manat məbləğində borc və 30 manat dövlət rüsumu məbləğində pul alınıb tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmov tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-4490/23 saylı icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Həmçinin, iş materiallarından görünür ki, icra məmuru Toğrul Rüstəmov tərəfindən xx.xx.2023-cü il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məhkəmə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə təqdimatı araşdıraraq belə qənaətə gəlmişdir ki, Borclu icra sənədinin könüllü icra olunması, icraata başlamaq haqqında qərarların və “borclunun məcburi gətirilməsinə haqqında” xx.xx.2023-cü il tarixli qərarın ona göndərilməsi barədə poçt reyestr məlumatının və göndərildiyi təqdirdə təqdim olunması barədə bildirişlərin onun tərəfindən almasına dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən və həqiqətən də borclunun icradan üzrsüz yayınmasını göstərən sübutlar məhkəməyə təqdim edilmədiyindən təqdimat təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmovun Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-4490/23 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə təqdimatı təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmovun Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-4490/23 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar