Məhkəmə qərarları › İş №8(060)-842/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-842/2025

16.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-842/2025 16.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, X1 Tələbkar iştirakı ilə, X1 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-343/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək maliyyə vəziyyəti nəzərə alınmaqla Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-343/2025 saylı qətnaməsi ilə müəyyən edilmiş borc vəsaitinin hissə-hissə, yəni hər ay 300 manat ödənilməsinə dair şərait yaradılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, qeyd edilən iş üzrə iddiaçı Tələbkar Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdeh olaraq X3 4100 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir.Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-343/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək ərizəçidən 4100 (dörd min yüz) manat pul vəsaiti və dövlət rüsumu qismində ödənilmiş 61 (altmış bir) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanunvericiliklə müəyyən olunmuş qaydada qanuni qüvvəsini almışdır. Lakin qət olunmuş pul vəsaitinin birdəfəlik olaraq ödənilməsi ərizəçinin hazırki maddi vəziyyəti ilə əlaqədar qeyri-mümkündür .Belə ki, ərizəçinin himayəsində bacısı və İ dərəcə əlil qardaşı vardır. Bacısının nikahına xitam verilib və hal-hazırda faktiki olaraq özü və övladları ərizəçinin himayəsindədir. Bundan başqa onun himayəsində İ dərəcə əlil qardaşı və xəstə anası da vardır. Onların günlük tələbatları və sağlamlığı ilə əlaqədar xərcləri də ərizəçi çəkir. Göstərilən borcunu ödəməkdən heç bir halda boyun qaçırmaq niyyətində deyil. Sadəcə olaraq, maliyyə vəziyyəti nəzərə alınmaqla həmin borc vəsaitinin hissə-hissə ödənilməsinə dair şərait yaradılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən X2 ərizəni müdafiə edərək ərizədə qeyd edilənləri təsdiq etdi, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Tələbkar ərizəçinin bu günə kimi ödənişləri etmədiyini bildirərək ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-343/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi ilə bağlı X4 ərizəsi ilə əlaqədar aşağıda göstərilənləri bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-343/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə cavabdeh X3 4100 manat pul vəsaiti və dövlət rüsumu qismində ödənilmiş 61 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. Göründüyü kimi borclu borcun ödənilməsindən yayınmışdır. Hazırda borclu qətnamənin hissə-hissə icra edilməsini xahiş etsə də, bugünə qədər məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğindən hər hansı ödəniş həyata keçirməmiş, bununla da məhkəmə qərarının icrasından yayınmışdır. Belə olan halda məhkəmə bu nəticəyə gəlir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 343/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə X4 ərizəsi rədd olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 230, 263-264-cü və 266- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRAR VERDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-343/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə X4 ərizəsi rədd edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar