Məhkəmə qərarları › İş №8(060)-849/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-849/2025

21.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-849/2025 21.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, Borclu iştirakı ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sənan Qasımlının Borclu məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-602/2021 nömrəli, xx.xx.2021-cü il tarixli icra sənədinə əsasən **-BB-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı avtomobilin dəyəri 6500 manat müəyyən edilməsi, həmin avtomobilin dəyəri olan 6500 vərəsələr X6, ismayılov Zaur Namaz oğlu, X4 və X1 arasında bərabər bölünməli, ekspertiza tədqiqatın dəyəri olan 100 manat Borclu tutularaq X3 xeyrinə ödənilməlidir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sənan Qasımlı borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatla məhkəməyə müraciət edərək, təqdimatını onunla əsaslandırmışdır ki, icra sənədi xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər üzrə İcra İdarəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar olunaraq, sürətli bildirişlə bərabər icra sənədi üzrə borclu X2 icra sənədində qeyd olunan ünvanında göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron İcra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus “Opel Astra” minik markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1039/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə qeyd olunan avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə borc tam qaydada tələbkarlara ödənildiyindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-602/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi xx.xx.2025-ci il tarixli qərarla iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən borclu İsmayılova izahatında bildirdi ki o bütün ödənişləri etmişdir, ən sonuncu dəfə ekspert xərcini ödəmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sənan Qasımlı və tələbkarlar lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1039/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təqdimatın qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 602/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan “Opel Astra” minik markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması, təqdimatın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərarlarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 602/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəziəfli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 50.4.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək və borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün həbs qoyulur. Məhkəmə, təqdimatı və Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Borclu icra sənədi üzrə hazırda borcu ödədiyi və icra sənədi üzrə icraata xitam verildiyi üçün Borclu məxsus olan “Opel Astra” minik markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: Təqdimat təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1039/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. Borclu məxsus olan “Opel Astra” minik markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə qoyulmuş həbs götürülsün Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar