Məhkəmə qərarları › İş №8(060)-850/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-850/2025

13.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-850/2025 13.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi ilə Tərəflərin iştirakı olmadan, Sumqayıt Məhkəməsi Məhkəməsi tərəfindən verilmiş 2(060)-6683/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədinin icra edilmədən geri qaytarılması barədə Maraqlı şəxs xx.xx.2025ci il tarixli qərarının ləğvinə dair Tələbkar ASC tərəfindən verilmiş şikayət ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar ASC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs tərəfindən qəbul edilmiş “İcra sənədinin geri qaytarılması” haqqında xx.xx.2025-ci il tarixli qərarın ləğv edərək icra tədbirlərinin davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarıması haqqında xx.xx.2025-ci il tarixli qərarı ilə iddiaçı Tələbkar ASC-nin cavabdeh Borclu qarşı pul tələbinə dair iddiası əsasında çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6683/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamə üzrə verilmiş icra vərəqəsi məhkəməyə geri qaytarılmışdır. İcra məmurunun bu qərarı tamamilə qanunsuz və əsassız, həmçinin Tələbkar ASC-nin mənafelərinə ziddir. Belə ki, icra məmuru borclunun əmlak vəziyyətinin, pensiya, qiymətli kağız, əmanətin olub-olmaması barədə müvafiq orqanlara sorğular göndərilsə də həmin sorğulara əsasən fiziki şəxsin heç bir əmlakının və gəlirinin olmadığına həmçinin sonuncunun yaşadığı ünvana baxış keçirilərkən tələbin yönəldilə biləcəyi əmlak və gəlirin aşkar olmadığına əsaslandırmışdır. Halbuki, icra qurumu tərəfindən cavabdehlər barədə Azərbaycan Respublikasının hüdudlarından gediş-gəlişin məhdudlaşdırılması, məcburi gətirilmə barədə heç bir tədbir görülməmişdir. Yuxarıda göstərilənlərə əsasən Maraqlı şəxs xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarıması barədə qərarının ləğv edilməsi icra vərəqəsinin yenidən icraya yönəldilməsi labüddür. İcra məmurunun qərarı rəsmi qaydada xx.xx.2025-ci il tarixdə Tələbkar ASC-yə çatmışdır. Odur ki, qərardaddan şikayət verilməsi üçün müəyyən edilmiş müddət ötürülməmişdir. Göstərilənlərə əsasən şikayət ərizəsi təmin edilməlidir. İcra sənədi üzrə tələbkarın nümayəndəsi məhkəməyə ərizə gösndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında icra məmuru və borclu tərəf lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, şikayət ərizəsini nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi təmin edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6683/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icra edilmədən geri qaytarılması barədə Maraqlı şəxs böyük icra məmuru Pərvanə Novruzovanın xx.xx.2025-ci il tarixli qərarında Borclu borca yönələcək əmlakın aşkar olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbayçan Respublikasının Qanununun 2.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında; borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Bu Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6683/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icra edilmədən geri qaytarılması barədə Maraqlı şəxs böyük icra məmuru Pərvanə Novruzovanın xx.xx.2025-ci il tarixli qərarı əsassızdır, belə ki, icra məmuru öz qərarında digər icra tədbirlərinin həyata keçirilməsi, borcluya məxsus əmlak və gəlirin tərəflərindən müəyyən edilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil gətirməmişdir. Bundan başqa, icra məmuru müvafiq qanunvericilikdə nəzərdə tutulmuş bütün icra tədbirlərini (məcburi gətirilmə, ölkədən getmə hüququnun məhdudlaşdırılması və s.) borcluya tətbiq etməmiş, nəticədə isə qanuni qüvvəsini almış məhkəmə aktı icrasız qalmışdır. Buna görə də Maraqlı şəxs tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “İcra sənədinin geri qaytarılması” haqqında qərar ləğv edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6683/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icra edilməsi ilə bağlı icra hərəkətləri davam etdirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Maraqlı şəxs tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli İcra sənədinin geri qaytarılması haqqında qərar ləğv edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6683/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icra edilməsi ilə bağlı icra hərəkətləri davam etdirilsin. Qərardadın icrası Maraqlı şəxsnə həvalə edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar