Məhkəmə qərarları › İş №8(060)-859/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-859/2025

24.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-859/2025 24.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-366/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə borclu X4 ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X9 ərizə ilə məhkəməyə müraciət edərək, borclular X2 və Cavabdeh birgə qaydada 11700 manat pulun tutularaq tələbkarlar Tələbkar1 və Tələbkar2 verilməsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-366/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə ona aid hissədə öhdəliyin hər ay 200 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçılar Tələbkar1 və Tələbkar2 cavabdehlər Cavabdeh və X6 qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3000 manat dəyərində 26.75 qram boyunbağı, 1720 manat dəyərində 17.62 qram italiyan qolbağı, 3100 manat dəyərində 28.6 qram rus sepi, sarı rəngli 330 manat dəyərində 3.62 qram qolbağı, sarı rəngli 360 manat dəyərində 4 qram sırğa, 300 manat dəyərində 3.5 qram sırğa, 150 manat dəyərində 2 qram üzük, 3100 manat dəyərində 32 qram italyan qızılı (boyunbağı), 460 manat dəyərində 5 qram tək qaş üzük, 120 manat dəyərində 5 qram sırğa, 354 manat dəyərində 3.6 qram klon, 186 manat dəyərində 1.95 qram üzük, 3300 manat dəyərində 01 ədəd göy komplekt dəst, 1800 manat dəyərində 19 qram italyan qolbağının naturada, naturada olmadığı halda onların dəyəri ümumillikdə, 19.096 (on doqquz min doxsan altı) manat pulun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 2(060)-451/2024 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X2 11.700 manat pul tutularaq iddiaçılar Tələbkar1 və Tələbkar2 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdeh X2 125.1 manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manatın X2 tutularaq X3 hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamə ilə qismən razı olduğuna görə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-451/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 2(060)-451/2024 nömrəli qətnaməsinin cavabdeh X2 11.700 manat pul tutularaq iddiaçılar Tələbkar1 və Tələbkar2 ödənilməsi hissəsində qismən ləğv edilməsi, cavabdehlər X2 5850 manat, Cavabdeh 5850 manat məbləğində pulun iddiaçılar Tələbkar1 və Tələbkar2 ödənilməsi barədə yeni qətnamə qət edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(105)-366/2025 saylı qətnaməsi ilə, cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 2(060)-451/2024 nömrəli qətnaməsi qismən iddia tələbinin təmin edilməyən hissəsində qismən ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək. Cavabdehlər X2 və Cavabdeh birgə qaydada 11.700 (on bir min yeddi yüz) manat pul tutularaq iddiaçılar Tələbkar1 və Tələbkar2 ödənilməsi qət olunmuşdur. Həmin qətnamə qanunu qüvvəsini aldıqdan sonra icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Həmin icra sənədi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin İcra məmuru İİ dərəcəli Ədliyyə qulluqçusü X10 icraatındadır. Hal-hazırda xx.xx.2016-cı il təvəllüdlü X11, xx.xx.2018-ci il təvəllüdlü X12 və xx.xx.2025-ci il təvəllüdlü X13 onun himayəsindədir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3334/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Həsənova (Teyfi-İbadova) Yeganə Rüstəm qızı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə, akt qeydləri kitabında 1759 nömrəsi ilə Sumqayıt "ASAN xidmət mərkəzi" qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikahın pozulması, xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X12 anaları X4 himayəsində saxlanılması, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat aliment tutularaq X6 ödənilməsi qət olunmuşdur. Hazırda icra məmuru ondan Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədi ürə borcun tam şəkildə ödənilməsini tələb edir. Onun himayəsində 6 aylıq övladının olmasını və digər borclu Cavabdeh ona ödədiyi 300 manat aliment məbləğindən əlavə heçbir qazancı mövcud deyil. Himayəsində 6 aylıq övladının olduğuna görə də əmək fəaliyyəti ilə məşğul ola bilmir. Yalnız yeganə qazancı borclu Cavabdeh ona ödədiyi 300 manat məbləğində alimentdir. Ona görə də, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(105)-366/2025 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə üzərinə düşən öhdəliyin hissə-hissə icra olunması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasının vaxtı və yeri haqqında işdə iştirak edən şəxslər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Ərizəçi- borclu X9 xx.xx.2025-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə AR MPM-nin 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-366/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2024cü il tarixli, 2(060)-451/2024 nömrəli qətnaməsi qismən iddia tələbinin təmin edilməyən hissəsində qismən ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək. Cavabdehlər X2 və Cavabdeh birgə qaydada 11.700 (on bir min yeddi yüz) manat pul tutularaq iddiaçılar Tələbkar1 və Tələbkar2 ödənilməsi qət olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3334/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək, Həsənova (Teyfi-İbadova) Yeganə Rüstəm qızı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə, akt qeydləri kitabında 1759 nömrəsi ilə Sumqayıt "ASAN xidmət mərkəzi" qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikahın pozulması, xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X12 anaları X4 himayəsində saxlanılması, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat aliment tutularaq X6 ödənilməsi qət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən Cavabdeh və X6 ünvanlanmış xx.xx.2025-ci il tarixli, “tələbin könüllü icrası haqqında” bildiriş məktubundan görünür ki, xx.xx.2025-ci il tarixli qərarla icraata başlanan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-366/2025-007 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbin 5 gün müddətində könüllu icra edilməsi onlardan xahiş olunmuşdur. Bu müddətdə tələbin üzrsüz səbəbdən İcra edilməməsi, icranın məcburi qaydada təmin edilməsinə, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin onlardan tutulacağı xəbərdar edilmişdir. Məhkəmə tərəfindən İcra İdarəsində icra işi tələb olunmasına baxmayaraq, müvafiq icra işi məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2. maddəsinin tələbindən görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bütün fiziki şəxslər üçün məcburidir və 15.3. maddəsinə əsasən məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Qanunun 15-ci maddəsinə görə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud içra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbayçan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 231.1-ci maddəsinə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 14 yanvar tarixli, 1 №-li Qərarının 3-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 iyul 2014cü il tarixli qətnaməsinda qeyd edilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Beləliklə, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin əsasları icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr yaratmamalıdır. Məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə məsələyə baxarkən hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsi, 71-ci maddəsinin İİ hissəsi, 127-ci maddəsinin İV hissəsi və ədalət prinsipindən irəli gələrək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının mütənasiblik prinsipi əsasında, bütün tələbkarların və borcluların hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və həll etməlidir. Məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin mümkünlüyü isə ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının konstitusiya hüquqlarının mahiyyətinə toxunmamalıdır. Konstitusiya Məhkəməsinin bir çox qərarlarında məhkəmə müdafiəsi hüququnun məzmunu barədə formalaşmış mövqe ondan ibarətdir ki, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Məhkəməyə müraciət etmək hüququ bu mənada xüsusi önəm daşıyır. Belə ki, sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq hüquqi dövlət prinsipləri baxımından təfsir olunmalıdır. O, iş üzrə tərəflərin açıq və aydın məhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanlarının olmasını nəzərdə tutur. Bununla yanaşı qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 N-li qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Bundan əlavə «İcra haqqında» Qanunun 43.1.2-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbirlərindən biridir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qətnaməsinin 12-ci və 13-cü bəndlərinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qətnamənin icrasına möhlət verilməsinin və ya onun hissə-hissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldilməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi bir dəfəyə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Həmin Qərara əsasən, borclunun əmlak vəziyyətini nəzərə almaqla qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yalnız o halda mümkün sayıla bilər ki, məhkəməyə möhlət müddətinin sonunda və ya qətnamənin hissə-hissə icrası zamanı icra edilməli hissələrin icra müddəti çatdıqda borclunun qətnaməni icra etmək üçün kifayət qədər əmlaka malik olacağı barədə sübut təqdim edilmiş olsun. Lakin hazırkı iş üzrə borclu tərəfindən bu barədə heç sübut təqdim edilməmişdir. Halbuki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcədə cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq” qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002). Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan verirsə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar (“Hornsbi Yunanıstana qarşı”, 19 mart 1997-ci il). “Tələb” onun hüquqi cəhətdən reallaşdırılması kifayət qədər müəyyənləşdirilmişdirsə və o, hüquqi cəhətdən reallaşdırıla bilərsə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “əmlak” kimi başa düşülür. (“Stren” X16 Zavodu və X1rşı”, 09 dekabr 1994-cü il). Məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icraya yönəldiyi vaxtdan bu günə kimi Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-366/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnamənin icrası üçün icra məmurunun görüdüyü icra tədbirlərinin nəticəsiz qaldığı, borclunun icra sənədinin icrasından yayındığı, tələbkarın qətnamənin hissə-hissə icrasına münasibəti müəyyən edilmədiyindən, hər bir halda qarşılıqlı razılaşmaları barədə borclu-ərizəçi tərəfindən hər hansı bir sübut əlavə edilmədiyindən məhkəmə bu qənaətə gəlir ki, borclu tərəfindən hissə-hissə ödəmə aparmaqla qətnamənin icrasının uzun müddət davam edəcəyini, bununla da tələbkarların dövlət tərəfindən təminat verilən «ədalətli məhkəmə baxışına olan hüququ»nun pozulacağını nəzərə alaraq, hesab edir ki, ərizə əsassızdır və təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, borclu X4 ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 158-159, 263, 264, 267, 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-366/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə borclu X4 ərizəsi təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar