Məhkəmə qərarları › İş №8(060)-865/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-865/2023

06.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-865/2023 06.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Borclu iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2516 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Borclu məxsus əmlak üzərinə həbs qoyulması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Mikayıl Müşviq küçəsi, dalan 2də istifadədə olan 0,0088 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 26,5 kv.m yaşayış, 38 kv.m köməkçi sahədən ibarət 9A nömrəli fərdi yaşayış evi üzərinə həbs qoyularaq hərracda satılması və tələbin əldə olunan vəsaitəyə yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2516 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 40.1 kv.m. 2 otaqlı, 8 saylı mənzilə tutma yönəlməli, həmin mənzilin ilkin satış qiyməti 55000 manat müəyyən edilməklə açıq hərracda satılmalı və həmin mənzilin satışından əldə edilmiş pul vəsaiti hesabına cəmi 45781,93 (45713,93 manat borc+30 manat+38 manat xərclər) manat pul vəsaiti və xx.xx.2017-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 9 % (doqquz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi tutularaq "xxxx" ASC-nin xeyrinə tutulmalı, habelə dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaiti Borclu və X1 müştərək qaydada tutularaq tələbklara ödənilməlidir. İcra zamanı tələbin təmin edilməsi üçün Borclu məxsus pul vəsaitləri və hər hansı qiymətli əşya tərəflərindən aşkar olunmamışdır. Elektron portaldan əldə edilən məlumata əsasən Borclu məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Mikayıl Müşviq küçəsi, dalan 2-də istifadədə olan 0,0088 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli. 2 otaqlı, 26.5 kv.m yaşayış, 38 kv.m köməkçi sahədən ibarət 9A nömrəli fərdi yaşayış evinin olduğu məlum olmuşdur. Məhkəmə iclasında iştirak edən Borclu bildirdi ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 40.1 kv.m. 2 otaqlı, 8 saylı mənzil satılmışdır. Hazırda icra məmurunun təqdimatda qeyd etdiyi üzərinə həbs qoyulması tələb edilən Abşeron rayonu, Xırdalan şəhəri, Mikayıl Müşviq küçəsi, dalan 2-də istifadədə olan 0,0088 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 26,5 kv.m yaşayış, 38 kv.m köməkçi sahədən ibarət 9A nömrəli fərdi yaşayış evi onun yeganə yaşayış yeridir. Qeyd edilənlərə əsasən təqdimatın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tələbkar və icra məmuru məhkəməyə gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı təqdim olunmuş sənədlərlə birlikdə araşdırıb əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat rədd edilməlidir. İş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2516/2001 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu mülkiyyət hüququ əsasında Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2516/2020 nömrəli, xx.xx.2020-ci il tarixli məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 40.1 kv.m. 2 otaqlı, 8 saylı mənzilə tutma yönəlməli, həmin mənzilin ilkin satış qiyməti 55000 manat müəyyən edilməklə açıq hərracda satılmalı və həmin mənzilin satışından əldə edilmiş pul vəsaiti hesabına cəmi 45781,93 (45713,93 manat borc+30 manat+38 manat xərclər) manat pul vəsaiti və xx.xx.2017-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 9 % (doqquz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi tutularaq "xxxx" ASC-nin xeyrinə tutulmalı, habelə dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaiti Borclu və X1 müştərək qaydada tutularaq tələbklara ödənilməlidir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MH seriyalı, ******* №-li çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Mikayıl Müşviq küçəsi, dalan 2-də istifadədə olan 0,0088 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli. 2 otaqlı, 26.5 kv.m yaşayış, 38 kv.m köməkçi sahədən ibarət 9A nömrəli fərdi yaşayış evi tam müllkiyyət hüququ üzrə Borclu adına daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 108 nömrəli vərəqində qeydiyyata alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.1-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmə qərardadı ilə qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinentinin 05 iyun 2020-ci il tarixli 89 saylı qərarına əsasən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilmir. Hazırki təqdimatı və materialları araşdırarkən, yuxarıda qeyd edilən Abşeron rayonu, Xırdalan şəhəri, Mikayıl Müşviq küçəsi, dalan 2-də istifadədə olan 0,0088 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 26,5 kv.m yaşayış, 38 kv.m köməkçi sahədən ibarət 9A nömrəli fərdi yaşayış evinin borclunun yeganə yaşayış yerinin olduğu müəyyən edilmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, təqdimatda irəli sürülmüş tələbin borc tələbinə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim borclunun əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud borcluya və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2516 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Borclu məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Mikayıl Müşviq küçəsi, dalan 2-də istifadədə olan 0,0088 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 26,5 kv.m yaşayış, 38 kv.m köməkçi sahədən ibarət 9A nömrəli fərdi yaşayış evi üzərinə həbs qoyularaq hərracda satılması və tələbin əldə olunan vəsaitəyə yönəldilməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatı rədd edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar