Məhkəmə qərarları › İş №8(060)-874/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-874/2023

06.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-874/2023 06.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4182/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra üzrə Borclu məxsus əmlak üzərinə həbs qoyulması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 372D saylı torpaq sahəsinin üzərinə həbs qoyularaq hərracda satılması və tələbin əldə olunan vəsaitəyə yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4182 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2008ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə hər ay üçün 450 manat sabit pul məbləğində aliment Borclu tutularaq X1 ödənilməlidir. Alimentin tutulmasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. İcra zamanı tələbin təmin edilməsi üçün Borclu məxsus pul vəsaitləri və hər hansı qiymətli əşya tərəfimizdən aşkar olunmamışdır. Elektron portaldan əldə edilən məlumata əsasən Borclu məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 372D saylı torpaq sahəsinin olduğu məlum olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəməyə gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı təqdim olunmuş sənədlərlə birlikdə araşdırıb əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat qismən təmin edilməlidir. İş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4182/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə hər ay üçün 450 manat sabit pul məbləğində aliment Borclu tutularaq X2 ödənilməlidir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* №-li çıxarışın surətindən görünür ki, **********11 reyestr nömrəli, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 372 D ünvanında yerləşən 0,0299 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Borclu məxsusdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 43.1 və 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakına üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri sırasına daxildir. Bu Qanunun 45.1-ci maddəsin əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Qeyd edilən Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Azərbaycan Respublikası MPM-nin 15-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərarı bütün dövlət hakimiyyəti, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.1-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmə qərardadı ilə qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə işin hallarını obyektiv, hərtərəfli, tam və qərəzsiz araşdırıb tətbiq edilməli olan hüquq normalarına uyğun qiymət verərək bu nəticəyə gəlir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********11 olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 372 D ünvanında yerləşən 0,0299 ha torpaq sahəsi üzərinə həbs qoyulmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4182/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan , qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********11 olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 372 D ünvanında yerləşən 0,0299 ha torpaq sahəsi üzərinə həbs qoyulmalı, təqdimat qalan hissədə təmin edilməməlidir. Belə ki, tələbin əmlaka yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaitindən borcun ödənilməsi «İcra haqqında» və «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanunları ilə tənzimləndiyindən və həmin məsələnin həlli icra məmurunun səlahiyyətinə aid olduğundan təqdimat həmin hissədə təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4182/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan , qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********11 olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 372 D ünvanında yerləşən 0,0299 ha torpaq sahəsi üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar