Məhkəmə qərarları › İş №8(060)-876/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-876/2023

07.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-876/2023 07.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, X1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5849/2023 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinə dair X1 ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5849/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək cavabdeh X3 474.13 manat əsas, 68.7 manat faiz borcu və 11.28 manat cərimə olmaqla, cəmi 554.11 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin icra olunması üçün 6 ay müddətinə möhlət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 ərizəni müdafiə edərək, hazırda onun maddi durumunu nəzərə alınmasını məhkəmədən xahiş etdi. O, əlavə olaraq "xxxx" ASC-yə kredit borcunun olduğunu, onunla bağlı əmək haqqındən tutulmaların olduğunu bildirərək, heç olmasa 4 ay müddətin verilməsini xahiş etdi. İş üzrə tələbkar tərəfə və Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə tələbkar tərəfin nümayəndəsinin və Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, borclunun izahatını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, ərizə qismən təmin edilməlidir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, X5 “Sumqayıt Tibb Mərkəzi” X7 işləyir (xadimə), aylıq əmək haqqı 424 manat təşkil edir. “İcra haqqında” qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. AR MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Maddənin mənasına görə qətnamənin icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi həm qanuni qüvvəyə minmiş və həm də qanuni qüvvəyə minməmiş məhkəmə qətnamələrinə münasibətdə mümkündür. “İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 14 yanvar tarixli, 1 №-li Qərarının 3-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusuya Məhkəməsinin 22 may 2015-ci il tarixli qərarında göstərilmişdir ki, qətnamənin icra qaydasının dəyişdirilməsinə gəldikdə qeyd olunmalıdır ki, bu məsələnin həlli qətnamənin mahiyyətinə aid deyil və yalnız həmin qətnamənin çıxarılmasından sonra yaranmış icra məsələlərini tənzimləyir. Eyni zamanda, möhlət verilməsi qətnamədə ifadə olunsa belə işin mahiyyətinə toxunmur. Buna görə də qətnamə qüvvəyə mindikdən sonra icra qaydasının dəyişdirilməsi məsələsi işdə iştirak edən şəxslərin ərizəsi əsasında işə baxmış birinci instansiya məhkəməsi tərəfindən həll edilir. Bu qayda yuxarı instansiya məhkəməsi tərəfindən həmin qətnamə ləğv edilib yeni qətnamə qəbul edildiyi halı da ehtiva edir. Birinci instansiya məhkəməsinin belə qaydada qəbul edilən qərardadlarından Mülki Prosessual Məcəllənin 231.4-cü maddəsinə müvafiq olaraq şikayət verilə bilər. Qətnamənin icrasına möhlət verilməsi və onun hissə-hissə icrası hər bir halda məhkəmə qətnaməsinin icra müddətinin dəyişdirilməsini nəzərdə tutur. Qətnamənin nəticə hissəsində onun icra müddəti müəyyən edilmişdirsə bu, həmin qətnamənin icrasına möhlət verməyi və ya qətnaməni hissə-hissə icra etdirməyi istisna etmir. Qətnamənin icrasına möhlət verilməsi və onun hissə-hissə icra edilməsi müstəsna hal olub, iş üzrə qətnamə çıxarılmış məhkəmə tərəfindən borclunun ağır əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda (tikintinin müəyyən obyektiv səbəblərdən gecikməsi, əvvəlki təsisçi tərəfindən mənzillərin təkrar satılması) tətbiq oluna bilər. Qeyd olunan qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir, Sumqayıt Şəhəri üzrə İcra İdarəsində icra işi açılmışdır. Məhkəmə iş materiallarını və borclunun izahatını dinləyib, X4 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5849/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamənin icrasında möhlət verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5849/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasına 4 ay müddətinə möhlət verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci, 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5849/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5849/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasına 4 ay müddətinə möhlət verilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar