Məhkəmə qərarları › İş №8(060)-878/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-878/2023

22.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-878/2023 22.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X13 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, Ərizəçinin vəkili və nümayəndəsi Vəkil və Cavabdeh icra məmuru X2 iştirakları ilə Sumqayıt şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X1 icra hərəkətini qanuna müvafiq olaraq yerinə yetirməməsi ilə bağlı borclu Rizvanova (Hüseynova) Səbinə Amil qızı tərəfindən verilmiş şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi Vəkil şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Zeynəb Məstəliyeva tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il, e-2(060)-95/202321 saylı qətnaməsi ilə əlaqədar verilmiş icra vərəqi üzrə qanuna müvafiq olaraq icra hərəkətləri aparılmasının həvalə edilməsi vəzifəsinin qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il, e- 2(060)-95/202321 saylı qətnaməsi ilə keçmiş həyat yoldaşı X5 ona qarşı birgə nikahlarından doğulan 02 oktyabr 2019-cu il təvəllüdlü X3 həftənin 2 günü (şənbə və bazar) və bayram günləri saat ll:00-dan 20:00-dək iddiaçı ilə ünsiyyətdə olması barədə iddia tələbi qismən təmin edilərək iddiaçının övladı xx.xx.2019-cu il təvəllüdlü X7 ilə hər həftənin şənbə günü saat ll:00-dan 18:00-dək ünsiyyətdə olması üçün görüş təyin edilməklə ünsiyyət qaydası müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MKnın xx.xx.2023-cü il tarixli 2(105)-952/2023 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il,e- 2(060)-95/202321 saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2023-cü il tarixli 2(105)-952/2023 saylı qətnaməsindən kassasiya qaydasında Azərbaycan Respublikası Ali Məhkəməsinə verdikləri şikayət müvafiq formaya uyğun tərtib edilmədiyindən geri qaytarılmış və o, və müdafiəçisi bundan məlumatsız olmuşlar. Ondan sonra tələb olunan formada kassasiya şikayəti vermişlər.Nəzərə çatdırmaq istəyir ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt İcra və Probasiya şöbəsindən icra məmuru Zeynəb Məstəliyeva adlı şəxs ona zəng edərək uşağı şöbəyə gətirməyini bildirmişdir. O, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verdiyini bildirmiş və səhəri gün kassasiya şikayətini və şikayəti ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2023-cü il tarixə iclas təyin etməsini bildirmişdir və müvafiq sənədlərin surətini icra şöbəsinə təqdim etmişdir. Buna baxmayaraq icra məmuru Zeynəb Məstəliyeva ona zəng edərərk barəsində məcburi gətirmə verdiyini, onu işlədiyi məktəbdən şagirdlərin gözü qarşısından polis vasitəsilə gətirəcəyini bildirmişdir. Sumqayıt şəhəri üzrə İcra və Probasiya şöbəsindən icra məmuru Zeynəb Məstəliyeva "İcra haqqında" Azərbaycan Respublikası Qanunun tələblərini pozaraq icra hərəkətləri aparır. Məhkəmədə şikayətçinin nümayəndəsi və vəkili Vəkil eyni məzmunlu izahat verərək şikayətin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh icra məmuru X4 ərizəni əsassız hesab edərək bildirdi ki, dəfələrlə borcluya icra sənədinin icrası ilə bağlı bildiriş göndərilmiş və zəng olunaraq məlumatlandırılsa da, borclu qərəzli olaraq onun çağırışından yayınmışdır. Hazırda qətnamədən şikayət verilməsi barədə ona heç bir rəsmi sənəd təqdim olunmamışdır. Bu səbəbdən borclunun şikayətini əsassız hesab edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, ərizəni nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsi e-2(060)-95/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək, iddiaçı X5 övladı xx.xx.2019-cu il təvəllüdlü X7 ilə hər həftənin şənbə günü saat 11:00-dan 18:00-dək ünsiyyətdə olması üçün görüş təyin edilməklə ünsiyyət qaydası müəyyən edilməsi qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 952/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(060)-95/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. X11 tərəfindən kasassiya şikayəti verilmişdir. İşdə olan Cavabdeh “borclunun məcburi gətirilməsi haqqında” məlumat məktubunun surətindən görünür ki, X8 məcburi gətirilməsi barədə qərar məlumat üçün ünvanına göndərilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-952/2023 saylı qərardadının surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2023-cü il tarixli, 2(105)-952/2023 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi barədə cavabdeh X6 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş ərizə təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2023-cü il tarixli, 2(105)- 952/2023 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməsi və mülki iş kassasiya qaydasında baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 7.1-ci maddəsinə görə icra sənədində aşağıdakılar göstərilir: məhkəmənin və ya icra sənədini verən digər orqanın adı, icra sənədinin verilməsinə əsas olan iş və ya materiallar və onların nömrələri, icra edilməli olan qərarın qəbul edildiyi vaxt, tələbkar və borclunun soyadı, adı, atasının adı, onların yaşayış yeri, borclunun doğulduğu yer və tarix, onun iş yeri; tələbkar və borclu hüquqi şəxsin adı, ünvanı, məhkəmə və ya digər orqanın qərarının nəticə hissəsi, məhkəmə və ya digər orqanın qərarının qüvvəyə mindiyi vaxt, icra sənədinin verildiyi vaxt və onun icraya yönəldilməsi müddəti. Həmin Qanunun 7.2-ci maddəsinə görə məhkəmə qərarına əsasən verilmiş icra sənədi hakim tərəfindən imzalanır və məhkəmənin möhürü ilə təsdiqlənir. Həmin Qanunun 7.3-cü maddəsinə görə digər icra sənədləri onları qəbul və ya təsdiq etmiş şəxslər tərəfindən imzalanır və möhürlə təsdiqlənir. Həmin Qanunun 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra məmurunun vəzifəsidir. “C.İsmayılzadənin şikayəti üzrə” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli Plenum Qərarında göstərilmişdir ki, “... Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir.” «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 21.1 -ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Qeyd olunan normarlardan çıxış edərək məhkəmə hesab edir ki, şikayət əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, icra məmuru tərəfindən göndərilən bildiriş və qərarların borcluya göndərilməsi barədə məktub iş materiallarına əlavə edilsə də, həmin sənədlərin borclu tərəfindən alınmasını sübut edən heç bir sənəd məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda hazırda məhkəmə qətnaməsindən borclu tərəfindən kassasiya şikayəti verilmiş və şikayət icraata qəbul edilmişdir. Belə olan halda məhkəmə Sumqayıt şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Zeynəb Məstəliyeva tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il, e-2(060)-95/202321 saylı qətnaməsi ilə əlaqədar verilmiş icra vərəqi üzrə qanuna müvafiq olaraq icra hərəkətləri aparılmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R V E R D İ: Şikayət təmin edilsin. Sumqayıt şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Zeynəb Məstəliyeva tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il, e-2(060)-95/202321 saylı qətnaməsi ilə əlaqədar verilmiş icra vərəqi üzrə qanuna müvafiq olaraq icra hərəkətləri aparılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar