Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-888/2023 06.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, Tələbkar iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3041/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3041/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 25 fevral 2021-ci il tarixdən etibarən xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 175 manat miqdarında aliment Borclu tutularaq Tələbkar verilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3041/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi icra edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək təqdimatını onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(060)-3041/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.1992-ci il tarixdə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay cəmi 175 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Sumqayıt şəhəri üzrə İcra idarəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün onlar tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 84-1 maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar izahatında bildirdi ki, borclu alimenti ödəmir. Belə ki, 5600 manat borcu vardır. Əvvəlcə icra məmuru Orxan müəllim olmuş, daha sonra dəyişmiş və Qönçə xanım olmuşdur. Borclu demişdir ki, hər ay 150 manat ödəsin. Birinci ay, yəni oktyabr ayı 150 manat ödəmiş, ikinci ay, yəni noyabr ayı isə 100 manat ödəmiş lakin 50 manat qalmışdır. Dekabr ayı üçün də ödəməlidir. Lakin ödəmir. Təqdimatın təmin edilməsini xahiş edir. Belə ki, əgər xarici ölkəyə çıxacaqsa borcu ödəsin. Ödədikdən sonra gedə bilər. Borclu heç bir məhkəmə iclaslarına gəlməmişdir. Nikahları da qüvvədədir. Yeddi ildir ki, ayrı yaşayırlar. Uşaqlar ilə də maraqlanmır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun və borclunun iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Tələbkar izahatını dinləyib, təqdimatı və işin hallarını araşdırıb hesab edir ki, təqdimat əsaslıdır və icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməlidir. İş materiallarında olan Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Şirəli Pirəliyev tərəfindən qəbul edilmiş 25 avqust 2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, iş üzrə icraata başlanılması, qərarın surətinin bir gün müddətində məhkəməyə və tərəfə göndərilməsi, qərardan onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət verilə biləcəyi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhəri üzrə İcra İdarəsi tərəfindən Borclu ünvanlanmış 25 avqust 2023-cü il tarixli, 201736/23/37 nömrəli bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılmış Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3041/2021 saylı, xx.xx.2021-ci il tarixli sənədində göstərilən tələbi könüllü olaraq dərhal icra etməli olması izah olunmuş, bu müddətdə tələbi üzrsüz səbəbdən icra etmədiyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Bağırov tərəfindən qəbul edilmiş borclunun axtarılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan Borclu barəsində axtarış elan olunmuş, qərar icra edilməsi üçün Sumqayıt şəhər Polis İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhəri üzrə İcra İdarəsi tərəfindən Sumqayıt şəhər Polis İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 2275/4 nömrəli məktubdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3041/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar olaraq Borclu axtarılması haqqında qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar icra olunması üçün Sumqayıt şəhər Polis İdarəsinə göndərilmişdir. Məhkəmə təqdimatın iş materiallarına əlavə edilmiş sənədlər əsasında təsdiq olunduğu üçün əsaslı hesab edərək, təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Həmin Qanunun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dairAzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2015-ci il tarixli qərarının 2-ci bəndinə əsasən qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2 bəndinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub olmamasını yoxlayır. Həmçinin, həmin Təlimatın 2.4 bəndinə görə, təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. X5 Məhkəməsi «Xyustov Rusiyaya qarşı» işi üzrə 11 iyul 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, ərizəçinin ölkədən çıxışının məhdudlaşdırılması ilə bağlı icra məmurlarının tələblərində və göstərişlərində borclunun borcu ödəməməsindən başqa, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına haqq qazandıracaq hərhansı bir əsas göstərilməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Məhkəmə yuxarıda qeyd olunanları və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3041/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini, Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqdimat təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3041/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №8(060)-888/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-888/2023
06.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver