Məhkəmə qərarları › İş №8(060)-889/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-889/2025

06.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-889/2025 06.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi ilə Tərəflərin iştirakı olmadan, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-19/2024 saylı, 12.01 2024-cü il tarixli icra sənədi üzrə Borclu məxsus əmlak üzərindən həbsin götürülməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus olan “Range Rover” minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 19/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 6391 manat pulun alınaraq Tələbkar ödənilməsi qət edilmişdir. Aparılmış icra tədbirləri nəticəsində Borclu əmlak vəziyyəti ilə bağlı aidiyyəti orqanlara sorğular verilmiş, nəticədə müəyyən olunmuşdur ki, borclunun adına “Range Rover” minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. Tələbkar etibarnamə üzrə nümayəndəsinin xx.xx.2025- ci il tarixli ərizəsinə əsasən məlum olmuşdur ki, icra sənədi üzrə olan borc tam olaraq ödənilmiş və icra sənədinin icraatına xitam verilməsini xahiş edilmişdir. Buna görə də Borclu məxsus “Range Rover” minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərindən həbs götürülməsi məqsədə müvafiqdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəməyə gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı təqdim olunmuş sənədlərlə birlikdə araşdırıb əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-70/2025-003 saylı, xx.xx.2025-cı tarixli qərardadından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-19/2024 saylı, 12 yanvar 2024-cü tarixli icra sənədi üzrə Borclu məxsus "Range Rover minik" markalı, **- RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. - İcra sənədi üzrə tələbkarın nümayəndəsi R.Q.Eyvazov tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsinin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-19/2024 saylı, 12 yanvar 2024-cü tarixli icra sənədi üzrə Borclu tərəfindən tələb tam olaraq ödənilmişdir. Odur ki, icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.1-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmə qərardadı ilə qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Bundan əlavə məhkəmə qeyd edir ki, Borclu mülkiyyətində olan "Range Rover minik" markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi zərurəti yaranmışdır. Belə ki, tələbkarın nümayəndəsi R.Q.Eyvazov ərizə ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin e- 2(060)-19/2024 saylı, 12 yanvar 2024-cü tarixli icra sənədi üzrə Borclu tərəfindən tələbin tam olaraq ödənildiyini bildirmişdir. Odur ki, icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Buna görə də Borclu məxsus olan “Range Rover” minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərindəki həbs götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus olan “Range Rover” minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərindən həbs götürülsün. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar