Məhkəmə qərarları › İş №8(060)-897/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-897/2023

01.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-897/2023 01.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, Borclu iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4176/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4176/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 3357.47 manat əsas borc, 771.31 manat faiz borcu və 200 manat cərimə borcu olmaqla, cəmi 4328 (dörd min üç yüz iyirmi səkkiz) manat 78 (yetmiş səkkiz) qəpik pul, ödənilmiş 40 (qırx) manat dövlət rüsumu cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4176/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi icra edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək təqdimatını onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş e-2(060)-4176/2023-017 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.1991-ci il tarixdə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 4328.78 manat məbləğində pul vəsaiti və 40 manat dövlət rüsumu tutularaq Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Sumqayıt şəhəri üzrə İcra idarəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün onlar tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 84-1 maddəsini rəhbər tutaraq, borclu şəxs Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirdi ki, ödəniş etməmişdir. İşsizdir. Daha önəmli problemləri olduğu üçün ödəniş edə bilmir. Səhhətində problemlər də vardır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun və tələbkarın iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Borclu izahatını dinləyib, təqdimatı və işin hallarını araşdırıb hesab edir ki, təqdimat əsaslıdır və icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməlidir. İş materiallarında olan Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Bağırov tərəfindən qəbul edilmiş 12 sentyabr 2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, iş üzrə icraata başlanılması, borcluya 10 gün müddətində icranı könüllü təmin etməsi, icra təmin edilmədikdə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişinin borcludan tutulması və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlakının siyahıya alınması və həmin əmlak üzərinə həbs qoyulması, qərarın surətinin bir gün müddətində məhkəməyə və tərəfə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhəri üzrə İcra İdarəsi tərəfindən Borclu ünvanlanmış 12 sentyabr 2023-cü il tarixli, 217728/4 nömrəli bildirişdən görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4176/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi daxil olmuşdur. İcranın könüllü təmin edilməsi təklif olunmuş, əks halda barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə inzibati protokol (500 manatdan 1000 manatadək cərimə və ya 30 sutqayadək həbs) tərtib edilərək məhkəməyə, daha sonra isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinə təqdimatla müraciət ediləcəyi, şəxsiyyət vəsiqəsi ilə birlikdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin inzibati binasında olmağın vacibliyi bildirilmişdir. İş materiallarında olan sənədlərin surətlərindən görünür ki, Borclu icraata başlama haqqında qərarın və tələbin könüllü icrası barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdim etdiyi bildirişi imza etməklə qəbul etməsinə baxmayaraq icra sənədinin icrasını təmin etməmişdir. İş materiallarında olan Sumqayıt Şəhəri üzrə İcra idarəsinə Borclu tərəfindən ünvanlanmış izahatdan görünür ki, barəsində olan məhkəmə qərarı ilə bağlı Tələbkar Açıq Səhmdar Cəmiyyətinə 4328.78 manat borcunu ödəyə bilmir. Qanunvericiliyin tələbləri və hüquq və vəzifələri ona izah olunmuşdur. Məhkəmə təqdimatın iş materiallarına əlavə edilmiş sənədlər əsasında təsdiq olunduğu üçün əsaslı hesab edərək, təmin edilməsi qənaətinə gəlir. Məhkəmə tərəfindən icra işi tələb olunmuş, icra işi icra məmuru tərəfindən təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Qanunun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dairAzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2015-ci il tarixli qərarının 2-ci bəndinə əsasən qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Məhkəmə yuxarıda qeyd olunanları və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin e- 2(060)-4176/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini, Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqdimat təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4176/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar