Məhkəmə qərarları › İş №8(060)-902/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-902/2023

15.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-902/2023 15.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-95/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu X1 məcburi gətirilməsi barədə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Zeynəb Məstəliyeva tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-95/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddiaçı Borclu övladı xx.xx.2019-cu il təvəllüdlü X2 ilə hər həftənin şənbə günü saat 11:00-dan 18:00-dək ünsiyyətdə olması üçün görüş təyin edilməklə ünsiyyət qaydası müəyyən edilməlidir. Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Zeynəb Məstəliyeva təqdimatla məhkəməyə müraciət edərək təqdimatını onunla əsaslandırmışdır ki, icra sənədi xx.xx.2023-cü il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 5 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu X1 icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Qeyd edilən qərar xx.xx.2023-cü il tarixdə onlar tərəfindən qəbul edilərək borclu X1 ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, borclu X1 məcburi gətirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Sumqayıt Şəhər İcra İdarəsinin icra məmuru Zeynəb Məstəliyeva, borclu X4 və tələbkar Borclu məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməməsi təqdimatda qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ona görə də məhkəmə təqdimata Sumqayıt Şəhər İcra İdarəsinin icra məmuru Zeynəb Məstəliyevanın, borclu X1 və tələbkarın iştirakı olmadan baxmağı mümkün hesab etdi. Təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, məhkəmə hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra məmuru tərəfindən qəbul edilmiş 20 oktyabr 2023-cü il tarixli qərarın məzmunundan görünür ki, ünvan 1 ünvanında yaşayan borclu X4 barəsində məcburi gətirilmə tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən verilmiş 02 oktyabr 2023-cü il tarixli, e228890/2023-47-25-004 nömrəli bildirişin sürətindən görünür ki, icra sənədində göstərilən tələbi könüllü icra etmək xahiş olunmuşdur. Bu müddətdə tələbin üzrsüz səbəbdən icra edilməyəcəyi təqdirdə, icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, icra sənədinin icrası ilə əlaqədar borclu X4 ilə telefon vasitəsi ilə (***-***-**-**) dəfələrlə əlaqə saxlanılaraq idarəyə dəvət olunmuş, lakin borclu idarəyə gəlməmişdir. Odur ki, icra sənədinin icrası onlar tərəfindən mümkün olmamışdır. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, sözügedən icra sənədi üzrə icra məmuru borclunun dəfələrlə idarəyə çağırılmasını, ona icra sənədinin icrasını təmin edilməsi barədə xəbərdarlıq edilməsi qeyd olunsada, borclunun həmin qərarı alması barədə, icra sənədi üzrə «İcraata başlamaq haqqında qərarın və icra sənədini könüllü icra etmək üçün bildirişin borclu X3 göndərilməsini təsdiq edən hər hansı bir sənəd təqdimata əlavə etməmişdir. Halbuki, “İcra haqqında” Qanunun 8-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir (8.2). İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir (8.3). Həmin Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, borclunun icra sənədi üzrə «İcraata başlamaq haqqında qərarını, icra sənədini könüllü icra etmək üçün bildirişin borclu X4 tərəfindən alınması, icra sənədinin hansı mərhələdə olması barədə məlumat olmadığı, bunun nəticəsində borclunun icra məmurunun çağırışlarına gəlməməsi təsdiq olunmadığı, görülən icra tədbirləri, icra tədbirlərinin ardıcıllığı müəyyən edilmədiyindən Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-95/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu X1 Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi barədə verilmiş təqdimat təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 158-159, 263, 264, 267, 268-ci maddələrini, «İcra Haqqında» Azərbaycan Respublikası Qanunun 84-cü maddəsini rəhbər tutaraq, qərara aldı: Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Zeynəb Məstəliyevanın Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-95/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu X1 məcburi gətirilməsi barədə təqdimatı təmin edilməsin. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar