Məhkəmə qərarları › İş №8(060)-905/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-905/2023

12.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-905/2023 12.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Borclu X2 iştirakı ilə, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Gülmalı Əzizovun Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3767/2023-004 saylı icra sənədi üzrə borclu X2 məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Gülmalı Əzizov Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3767/2023-004 saylı icra sənədi üzrə borclu X2 məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3767/2023-004 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu X1 2999 manat əsas, 438,89 manat faiz, 15,46 manat cərimə borcu olmaqla, cəmi 3453,35 manat məbləğində pul və 54,96 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq tələbkar "xxxx" KB ASC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2023cü il tarixdə icraata daxil olmuş, həmin tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilərək borcluya göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borcluya dəfələrlə rəsmi xəbərdarlıq olunmuşdur, lakin o, icra məmurunun qanuni çağırışlarına gəlməmişdir. xx.xx.2023-cü il tarixində borclunun barəsində məcburi gətirilmə tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edilmiş və tərəflərə göndərilmişdir. Göstərilənlərə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan X2 Sumqayıt şəhəri üzrə İcra idarəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında borclu X4 izahat verərək, borcu qəbul etdiyini və ödəməkdən boyun qaçırmadığını bildirmişdir. Belə ki, təqdimatın təmin edilməməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Təqdimata əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 3767/2023-004 saylı icra sənədinə əsasən iddia tələbi təmin edilmiş, cavabdeh X1 2999 manat əsas, 438,89 manat faiz, 15,46 manat cərimə borcu olmaqla, cəmi 3453,35 manat məbləğində pul və 54,96 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq tələbkar "xxxx" KB ASC-yə verilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Gülmalı Əzizov tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-2910/2022 saylı icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borclu X3 icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Həmçinin, iş materiallarından görünür ki, böyük icra məmuru Gülmalı Əzizov tərəfindən xx.xx.2023-cü il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məhkəmə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə təqdimatı araşdıraraq belə qənaətə gəlmişdir ki, borclu X2 icra sənədinin könüllü icra olunması, icraata başlamaq haqqında qərarların ona göndərilməsi barədə poçt reyestr məlumatının və göndərildiyi təqdirdə təqdim olunması barədə bildirişlərin onun tərəfindən almasına dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən və həqiqətən də borclunun icradan üzrsüz yayınmasını göstərən sübutlar məhkəməyə təqdim edilmədiyindən təqdimat təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Gülmalı Əzizov Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 3767/2023-004 saylı icra sənədi üzrə borclu X2 məcburi gətirilməsi barədə təqdimatı təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Gülmalı Əzizovun Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3767/2023-004 saylı icra sənədi üzrə borclu X2 məcburi gətirilməsinə dair təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar