Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-906/2023 12.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Gülmalı Əzizovun Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-5278/2023-009 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra böyük icra məmuru Gülmalı Əzizov Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-5278/2023-009 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 5278/2023-009 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu ********* saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış 208,2 manat əsas borc, 31,2 manat cərimə borcu olmaqla, cəmi 239,4 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş, həmin tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilərək borcluya göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar Borclu dəfələrlə rəsmi xəbərdarlıq olunmuşdur, lakin o, icra məmurunun qanuni çağırışlarına gəlməmişdir. xx.xx.2023-cü il tarixində borclunun barəsində məcburi gətirilmə tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edilmiş və tərəflərə göndərilmişdir. Göstərilənlərə əsasən Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 6, mənzil ünvanında qeydiyyatda olan Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Tələbkar "xxxx" MMC tərəfindən məhkəməyə məktub göndərilərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması və təqdimatın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə işə tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-5278/2023-009 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu ********* saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış 208,2 manat əsas borc, 31,2 manat cərimə borcu olmaqla, cəmi 239,4 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Gülmalı Əzizov tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-5278/2023-009 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Gülmalı Əzizov tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-5278/2023-009 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu tələbi könüllü icra etmək üçün vaxt verilmişdir. Həmçinin, iş materiallarından görünür ki, icra məmuru Gülmalı Əzizov tərəfindən xx.xx.2023-cü il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən 84.3-cü həmin Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra məmurları qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Belə olan halda Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və borclu xx.xx.1981-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Gülmalı Əzizovun təqdimatı təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-5278/2023-009 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə xx.xx.1981-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu məcburi Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə gətirilsin. Qərardadın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Şəbnəm Həxiyeva
Məhkəmə qərarları › İş №8(060)-906/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-906/2023
12.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver