Məhkəmə qərarları › İş №8(060)-909/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-909/2023

18.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-909/2023 18.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Şükürova Əntiqə Əfqan qızının katibliyi Borclu iştirakı ilə, Sumqayıt şəhər Məhkəməsinin e-2(060)-3348/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi üçün Borclu məxsus avtomobilin üzərinə həbsin qoyulması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Gülmalı Əzizovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan “VAZ 21061” minik markalı, “**-DM-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 3348/2022-055 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 417.40 manat əsas, 40 manat cərimə borcu və 612 manat əsas, 60 manat cərimə borcu olmaqla, ümumillikdə 1129.40 manat borc və ödənilmiş 32 manat məbləğində dövlət rüsumu olmaqla, ümumillikdə 1161.40 manat məbləğində pul tutularaq Tələbkar ödənilməlidir. İcra vərəqəsi xx.xx.2022-ci il tarixdə idarəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq icra olunması üçün borcluya, məlumat üçün məhkəməyə və tələbkara göndərilmişdir. Daha sonra müvafiq orqanlara sorğular verilmiş və Borclu adına avtomobil aşkar olunmuşdur. Belə olan halda öhdəlik yerinə yetirilmədiyi üçün və tərəflər arasında razılıq olmadığından tələbin təmin edilməsi məqsədi ilə borclunun xüsusi və ya ümumi mülkiyyətində olan əmlaklar üzərinə həbs qoyula bilər. Göstərilənlərə əsasən təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən borclu izahatında bildirmişdir ki, yoldaşı kredit götürmüşdür. Bu borc əlbəəl götürülən borc deyildir. Elə olmuşdur ki, yoldaşı getmiş və bütün hər şey onun öhdəliyində qalmışdır. O isə evdə balaca və xəstə uşaqları olduğuna və işsiz olduğuna görə borcu ödəyə bilməmişdir. Maşının kimin istifadəsində olduğunu bilmir. Maşının üzərinə həbs qoyulmasına razıdır. Ödənişləri boynundan atmır. Belə ki, ödənişləri etmək istəyir. İcra məmurundan xahiş etmişdir ki, az-az ödəsin. O bir dəfə İcra İdarəsinə getmiş, orada isə birdəfəlik tələb etmişlər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. - 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. - 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. - 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. - 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. - 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. - 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin e-2(060)-3348/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqindən görünür ki, iddianın təmin edilməsi, cavabdeh Borclu 417.40 manat əsas, 40 manat cərimə borcu və 612 manat əsas, 60 manat cərimə borcu olmaqla, ümumullikdə 1129.40 manat borc və ödənilmiş 32 manat məbləğində dövlət rüsumu olmaqla ümumillikdə 1161.40 manat məbləğində pulun tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Elektron icra məlumatlarından görünür ki, Borclu adına “VAZ 21061” minik markalı, “**-DM-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar edilmişdir. İşin hallarından göründüyü kimi borclunun icra sənədi üzrə icra edilməli olan borc öhdəliyi mövcuddur. İcra haqqında qanunvericiliyə əsasən tələbin könüllü icra edilmədiyi halda icra məmurunun məcburi icra tədbirləri həyata keçirmək vəzifəsi yaranır. İcra məmurunun məcburi icra tədbiri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsini həyata keçirmək səlahiyyəti müəyyən edilmişdir. Nəticədə icra sənədi üzrə icra məmuru tərəfindən icraata başlanılmış və tələbin könüllü icrası barədə borcluya xəbərdarlıq edilmişdir. Lakin könüllü icra müddəti ərzində tələb icra olunmadığından icra məmuru məcburi icra tədbiri görmüşdür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 50.5-ci maddəsinə əsasən üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. Əmlak götürülənə qədər borclu, icra məmurunun nəzarəti altında onu sata bilər; 50.6-cı maddəsinə əsasən konkret şəraitdən asılı olaraq, icra məmuru əmlak üzərinə həbs qoyulması ilə eyni vaxtda borclunun əmlakını və ya onun ayrı-ayrı əşyalarını (iddia tələbinin həddini aşmamaq şərti ilə) götürmək hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, icra sənədinin icra edilməsi məqsədi ilə borcluya məxsus olan avtomobilin üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 658, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Sumqayıt şəhər Məhkəməsinin e-2(060)-3348/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi üçün Borclu məxsus “VAZ 21061” minik markalı, “**-DM-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə həbs qoyulsun. Qərardadın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar