Məhkəmə qərarları › İş №8(060)-914/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-914/2023

18.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-914/2023 18.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Şükürova Əntiqə Əfqan qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4392/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4392/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu Tələbkar ASC-nin xeyrinə 4924.50 manat əsas, 213.72 manat faiz borcu olmaqla, ümumilikdə 5138.22 manat borc və 71.38 manat dövlət rüsumu tutulmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4392/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi icra edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək təqdimatını onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4392/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 5209.6 manat məbləğində pul tutularaq Tələbkar ASC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş, müvafiq qaydada icraata başlanılaraq, qərarın surəti könüllü icra haqqında bildirişlə bərabər borclunun icra sənədində göstərilən ünvanına göndərilmiş, habelə xx.xx.2023-cü il tarixdə kötüyünə imza etdirməklə yenidən əlbəəl təqdim edilmiş və tələbi təmin etməyəcəyi halda barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq olunmuş, lakin tələb təmin olunmamışdır. Tələb təmin olunmadığı üçün borclunun əmlak və gəlirləri barədə Elektron icra informasiya sistemindən çıxarış edilmiş, lakin borcluda tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirlər aşkar edilməmişdir. Hazırki icraat materiallarına əsasən icra sənədi üzrə heç bir ödəniş olunmamışdır. Borclunun icra sənədinin icrasından yayınaraq ölkə hüdudlarını tərk etməsi ehtimal edildiyindən, hesab edir ki, onun ölkədən getmək hüququ borc məbləği tam ödənilənədək məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1-ci maddəsini rəhbər tutaraq, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4392/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu (xx.xx.1986, Ermənistan, Kalinin rayonu, FİN:ZA4F74N) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq icra məmuru, borclu və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata icra məmurunun, borclunun və tələbkarın iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə təqdimatı və işin hallarını araşdırıb hesab edir ki, təqdimat əsaslıdır və icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməlidir. İş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4392/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu Tələbkar ASC-nin xeyrinə 4924.50 manat əsas, 213.72 manat faiz borcu olmaqla, ümumilikdə 5138.22 manat borc və 71.38 manat dövlət rüsumu tutulmalıdır. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın sürətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4392/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraaa başlamaq haqqında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayev tərəfindən qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Borclu Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4392/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbi dərhal icra etmək müəyyən edilmiş, tələbin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclu tələbin könüllü icrası haqqında bildirişi və qərarı xx.xx.2023-cü il tarixdə rəsmi qaydada qəbul etmişdir. Sumqayıt Şəhər üzrə İcra İdarəsinə Borclu tərəfindən ünvanlanmış izahatdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4392/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan 5209.6 manat məbləğində pul tutularaq Tələbkar ASCnin xeyrinə ödənilməlidir. İcra sənədi barədə məlumatı olmamış, izahatı alınan zaman icra məmuru tərəfindən məlumatlandırılmışdır. Borcu birdəfəlik ödəməyə imkanı yoxdur. Əvvəl rəsmi iş yeri olmuş və ödəmişdir. Lakin işdən çıxandan sonra ödəyə bilməmişdir. Hətta bununla bağlı banka getsə də, heç bir köməklik göstərməmişdirlər. Hazırda günəmuzd 10- 15 manata fəhlə işləyir. 3 azyaşlı övladı vardır. Ən çoxu borcu hər ay 50 manat olmaqla ödəməyə gücü çatır. Rəsmi işə girsə, ayda 300-400 manat da ödəyə bilər. 1-2 dəfə rəsmi işə düzəlmək üçün Məşğulluq Mərkəzinə getmişdir. Lakin 300 manat əmək haqqı olan iş təklif edirlər deyə sərf etməmişdir. Bugün həmin məbləğə heçnə etmək olmur. Adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlak, aidiyyəti təşkilatlarda qiymətli kağızları və ya əmanəti, əlavə hər hansı bir gəliri yoxdur. İcra məmuru tərəfindən qanunun tələbləri ona izah olunmuş və məsuliyyətini dərk etmişdir. Məhkəmə təqdimatın iş materiallarına əlavə edilmiş sənədlər əsasında təsdiq olunduğu üçün əsaslı hesab edərək, təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Qanunun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2015-ci il tarixli qərarının 2-ci bəndinə əsasən qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, hazırki halda borclunun barəsində ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatından imtina edilməsi üçün əsaslar mövcud deyildir. Belə olan halda təqdimatın təmin edilməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində formalaşan hüquqi mövqeyə uyğundur. Məhkəmə yuxarıda qeyd olunanları və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin e- 2(060)-4392/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu şəxs Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini, Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqdimat təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4392/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu şəxs Borclu ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar