Məhkəmə qərarları › İş №8(060)-920/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-920/2023

18.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-920/2023 18.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, Şikayət verən şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4839/2022 saylı qətnaməsi üzrə verilmiş xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Gülmalı Əzizovun, X5 məxsus “Kamaz 5511” marklı, 985077 mühərrik nömrəli, özüboşaldan yük avtomobilinin Sumqayıt şəhər Polis İdarəsinin DYPŞ-nin müvəqqəti saxlama dayanacağına yerləşdirilməsi, qiymətləndirilməsi və açıq hərracda satılaraq, tələbin əldə olunan vəsaitə yönəldilməsinə dair hərəkətlərindən X4 nümayəndəsi və vəkili Vəkil tərəfindən şikayət ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçinin nümayəndəsi Vəkil şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4839/2022 saylı qətnaməsi üzrə verilmiş xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Gülmalı Əzizovun, borclu X2 əri X5 məxsus “Kamaz 5511” markalı, 985077 mühərrik nömrəli, özüboşaldan yük avtomobilinin Sumqayıt şəhər Polis İdarəsinin DYPŞnin müvəqqəti saxlama dayanacağına yerləşdirilməsi, qiymətləndirilməsi və açıq hərracada satılaraq, tələbin əldə olunan vəsaitə yönəldilməsinə dair hərəkətlərinin qeyriqanuni hesab edilməsinə və hərracın nəticələrinin ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(060)-4839/2022 saylı qətnaməsi ilə cavabdeh X1 11100 (on bir min yuz) manat məbləğində pulun və iş üzrə ödənilmiş 153 (bir yüz əlli üç) manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 11253 (on bir min iki yüz əlli üç) manat pul alınaraq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Qətnamə icra olunması üçün Sumqayıt şəhər üzrə İcra İdarəsinə göndərilmiş və icra sənədi üzrə icraata başlanılması və borclu tərəfindən icranın 10 (on) gün müddətində könüllü təmin etməsi təklif olunması ilə bağlı qərar çıxartmışdır. Lakin, icra sənədi üzrə borclu tərəfindən ödəniş aparılmadığından tələbin, borclu X2 əri X6 məxsus əmlaka yönəldmişdir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)- 4839/2022 saylı qətnaməsi üzrə verilmiş xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu X4 mülkiyyətində olan “Kamaz 5511” markalı, 985077 mühərrik nömrəli, özüboşaldan yük maşının üzərinə həbs qoyulması, əmlakın açıq hərracda satılması və tələbin satışdan əldə olunan vəsaitə yönəldilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinə təqdimat ilə müraciət edərək qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 8(060)-499/2023 saylı qərardadı ilə təqdimat qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)-4839 saylı iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli icra sənədinin icrası zamanı borclu X2 əri-X4 mülkiyyətində olan “Kamaz 5511” markalı, 985077 mühərrik nömrəli, özüboşaldan yük maşınının üzərinə həbs qoyulmuş, təqdimat geri qalan hissədə təmin edilməmişdir. Lakin, X4 mülkiyyətində olan “Kamaz 5511” markalı, 985077 mühərrik nömrəli, özüboşaldan yük avtomobili qeyri-qanuni olaraq Sumqayıt şəhər Polis İdarəsinin DYPŞ-nin müvəqqəti saxlama dayanacağına yerləşdirilmiş və bu barədə qanunsuz olaraq qəbul edib akt tərtib edilmişdir. Bundan sonra, icra məmunu Gülmalı Əzizovun xx.xx.2023-cü il tarixli məktubu ilə X4 mülkiyyətində olan “Kamaz 5511” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi üçün "xxxx" MMC nümayəndəsinin Sumqayıt şəhər üzrə İcra İdarəsinə göndərilməsini xahiş etmişdir. "xxxx" MMC tərəfindən, X2 əri X4 mülkiyyətində olan “KAMAZ 5511” yük markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri 6000 (altı min) manat müəyyən edilmişdir. Bundan sonra isə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 25 oktyabr 2023-cü il tarixli, 102/6G saylı sifarişi ilə Sumqayıt Şəhər Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(060)-4839/2022 saylı icra sənədinə əsasən borclu X2 əri X4 mülkiyyətində olan “Kamaz 5511” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması üçün hərracın keçirilməsi xahiş olunmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubu ilə Sumqayıt şəhər Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(060)-4839/2022 saylı icra sənədinə əsasən borclu X2 əri X4 mülkiyyətində olan “Kamaz 5511” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması üçün hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında icra məmuru lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən şikayətə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-499/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının surətindən görünür ki, təqdimat qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)-4839 saylı iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli icra sənədinin icrası zamanı borclu X2 əri-X4 mülkiyyətində olan “Kamaz 5511” markalı, 985077 mühərrik nömrəli, özüboşaldan yük maşının üzərinə həbs qoyulmuşdur. İş materiallarında "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli hesabatından görünür ki, X2 həyat yoldaşı X4 mülkiyyətində olan “Kamaz 5511” yük markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri 6000 manat təşkil edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər; Məhkəmə, şikayətçinin Sumqayıt şəhəri üzrə İcra İdarısinin icra məmuru Gülmalı Əzizovun “borclu X2 əri X5 məxsus “Kamaz 5511” markalı, 985077 mühərrik nömrəli, özüboşaldan yük avtomobilinin Sumqayıt şəhər Polis İdarəsinin DYPŞ-nin müvəqqəti saxlama dayanacağına yerləşdirilməsi, qiymətləndirilməsi və açıq hərracada satılaraq, tələbin əldə olunan vəsaitə yönəldilməsinə dair hərəkətlərinin qeyri-qanuni hesab edilməsinə və hərracın nəticələrinin ləğv edilməsi” tələbinin qanunsuz hesab edilməsinə dair dəlillərinə münasibətdə hesab edir ki, icra məmurunun icra işi ilə bağlı icra tədbirləri icra haqqında qanunvericiliyin tələb etdiyi forma və qaydalara uyğun olaraq həyata keçirilmişdir və onun tərəfindən icra hərəkətlərinin qanunsuz hesab edilməsi üçün əsaslar yoxdur və belə hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bununla belə məhkəmə qeyd edir ki, nə qədər ki, məhkəmə qətnaməsi qanuni qüvvəsindədir, onun icrası bütün dövlət hakimiyyəti, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmaldır, belə icranın həyata keçirilməsi məqsədilə icra məmurunun icra hərəkətləri isə formal mülahizələrə əsaslanmaqla qanunsuz hesab edilə bilməz. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırda üzərinə həbs qoyulmuş X2 əri X5 məxsus “Kamaz 5511” markalı, 985077 mühərrik nömrəli, özüboşaldan yük avtomobilinin R.Hilalova və əri M.Hilalov arasında payları müəyyən edilməmiş və birgə nikah dövründə əldə olunması nəzərə alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçinin şikayəti barədə dəlilləri icra məmurunun hərəkətlərinin qanunsuz olması barədə nəticəyə gəlmək üçün əsas olmamaqla, belə müraciət məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı icra hərəkətlərinin qarşısını almağa yönəlmiş və ona görə də şikayət rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin Konstitusiyanın İİ maddəsinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İcra Haqqında Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. İcra Haqqında Azərbaycan Respublikası Qanununun 2.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 2.2.-ci maddəsinə əsasən icra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 3.1.-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2.-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Konstitusiya Məhkəməsinin hüququ mövqeyinə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin digər hüququ mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236, 263, 264, 266-268-cü maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4839/2022 saylı qətnaməsi üzrə verilmiş xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Gülmalı Əzizovun, X5 məxsus “Kamaz 5511” marklı, 985077 mühərrik nömrəli, özüboşaldan yük avtomobilinin Sumqayıt şəhər Polis İdarəsinin DYPŞ-nin müvəqqəti saxlama dayanacağına yerləşdirilməsi, qiymətləndirilməsi və açıq hərracda satılaraq, tələbin əldə olunan vəsaitə yönəldilməsinə dair hərəkətlərindən X4 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilən şikayət rədd edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar