Məhkəmə qərarları › İş №8(060)-921/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-921/2022

06.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-921/2022 06.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi ilə, X1 iştirakı ilə, X1 Maraqlı şəxs icraata başlamaq haqqında 11 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs icraata başlamaq haqqında 11 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qətnaməsilə iddiaçı "xxxx" ASC-nin iddiası qismən təmin edilərək cəmi 26662,62 manat borcun tutulması üçün X3 mülkiyyətində olan, ünvan 1 ünvanında yeganə yaşayış sahəsinin hərracdan satılması və əldə olunan vəsait hesabına borcun bağlanması, mənzilə istifadə hüququna xitam verilməsi və mənzilin 1 ay ərzində boşaldılması və sairə barədə qətnamə qət edilmişdir. Sumqayıt Apellyasiya məhkəməsinin 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə həmin qətnamə qismən ləğv edilmiş və yeni qətnamə qəbul edilərək 11500,38 manat faiz borcu və 1325,59 manat cərimə borcunun iddiaçı "xxxx" ASC-yə ödənilməsi, qətnamənin qalan hissədə isə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Maraqlı şəxs böyük icra məmuru X5 11 oktyabr 2022-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən, onlara 10 gün müddətində könüllü təmin edilmə təklif edilmişdir. Həmin qərarın ləğv edilməsini aşağıda göstərilənlərə əsasən, məhkəmə tərəfindən məqsədə müvafiq hesab edirlər. Ona görə də, borclu Sumqayıt Şəhər Məhkəməsinə müraciət etməyə məcbur olmuşdur. Belə ki, borclu ailə üzvləri ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşayır. Göstərilən mənzil borclunun yeganə yaşayış evidir. Yuxarıda göstərilənləri MİS-in təsdiq etmiş olduğu və həmin binada qonşuluqda məskunlaşmış şəxslərin iştirakı ilə tərtib olunmuş Akt və ailə tərkibi haqqında arayış da bir daha sübut edir. Həmin Aktda göstərilir ki, ünvan 2 ünvanda hal-hazıradək ailə üzvləri ilə birlikdə bu mənzildə yaşayırlar. Onların bir aztəmiantlı ailə kimi yaşamağa başqa yerləri yoxdur. Məhkəmə iclasında borclu şikayətlə eyni məzmunlu izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında icra məmuru və tələbkar lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə şikayətə təqdim olunmuş sənədlərlə birlikdə araşdırıb əsaslılığını yoxlayaraq, hesab edir ki, şikayət rədd edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. (8.1)İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir.Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. İpoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. (8.2) İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. (8.3) Əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru borclunun əmlakını siyahıya alır və bu barədə icraata başlamaq haqqında qərarda müvafiq qeyd aparır.(8.4) Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər.(8.5) Məhkəmə hesab edir ki, icra məmurunun qanunsuz və ya əsassız qərar qəbul etməsi məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla öz təsdiqini tapmır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin olunmamalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə qəraraaldı: X1 Maraqlı şəxs icraata başlamaq haqqında 11 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar