Məhkəmə qərarları › İş №8(060)-923/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-923/2023

18.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-923/2023 18.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Şükürova Əntiqə Əfqan qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6650/21 saylı, xx.xx.2021-ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9216/2021 saylı, xx.xx.2021-ci il tarixli, Sumqayıt “ASAN Xidmət” mərkəzində Notariat ofisinin 8i-21639 saylı, xx.xx.2022-ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2476/2022 saylı, xx.xx.2022-ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3035/2023 saylı, xx.xx.2023-cü il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3474/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6650/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 1680 manat məbləğində pul iddiaçı Tələbkar1 MMC-nin xeyrinə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9216/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 2438.95 manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin xeyrinə, Sumqayıt “ASAN Xidmət” mərkəzində Notariat ofisinin 8i-21639 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 3825 manat məbləğində pul iddiaçı Tələbkar5 xeyrinə, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2476/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 500 manat dövlət nəfinə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3035/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 10107.9 manat məbləğində pul iddiaçı "xxxx" KB ASC-nin xeyrinə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3474/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 2432.89 manat məbləğində pul iddiaçı Tələbkar4 MMC-nin xeyrinə tutulmalıdır. İcra sənədləri Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və onlar tərəfindən icraata başlamaq haqqında qərar və icra sənədlərinin surəti borcluya göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Orxan Məmmədov təqdimatla məhkəməyə müraciət edərək təqdimatını onunla əsaslandırmışdır ki, xx.xx.1993-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu icra sənədlərini üzrsüz səbəbdən icra etmir. Borclu barəsində icra sənədlərinin icrasını təmin etmək və onların qanunla nəzərdə tutulan məsuliyyətdən boyun qaçırmalarının qarşısını almaq məqsədi ilə ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmə qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə tələbkar "xxxx" MMC-nin nümayəndəsi Rauf Süleymanlı epoçt vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini və təqdimatın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq icra məmuru, borclu və tələbkarlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata icra məmurunun, borclunun və tələbkarların iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə təqdimatı və işin hallarını araşdırıb hesab edir ki, təqdimat əsaslıdır və icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməlidir. İş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-234/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2476/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Borclu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təsqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Məhkəmə təqdimatın iş materiallarına əlavə edilmiş sənədlər əsasında təsdiq olunduğu üçün əsaslı hesab edərək, təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Qanunun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2015-ci il tarixli qərarının 2-ci bəndinə əsasən qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, borclunun icra sənədlərindən məlumatlı olması, onun barəsində görülmüş icra tədbirlərinin ardıcılığı müəyyən edildiyindən, hazırki halda borclunun barəsində ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatından imtina edilməsi üçün əsaslar mövcud deyildir. Belə olan halda təqdimatın təmin edilməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində formalaşan hüquqi mövqeyə uyğundur. Məhkəmə yuxarıda qeyd olunanları və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6650/21 saylı, xx.xx.2021-ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 9216/2021 saylı, xx.xx.2021-ci il tarixli, Sumqayıt “ASAN Xidmət” mərkəzində Notariat ofisinin 8i-21639 saylı, xx.xx.2022-ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 2476/2022 saylı, xx.xx.2022-ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3035/2023 saylı, xx.xx.2023-cü il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3474/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə borclu şəxs Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini, Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqdimat təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6650/21 saylı, xx.xx.2021-ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9216/2021 saylı, xx.xx.2021-ci il tarixli, Sumqayıt “ASAN Xidmət” mərkəzində Notariat ofisinin 8i-21639 saylı, xx.xx.2022-ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2476/2022 saylı, xx.xx.2022-ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3035/2023 saylı, xx.xx.2023-cü il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3474/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinə əsasən borclu şəxs Borclu ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar