Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-942/2023 28.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi Rüstəmli Aytən Kamil qızının katibliyi, Borclu iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4071/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(060)-3435/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə Borclu (xx.xx.1991, Sumqayıt şəhəri, FİN:xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4071/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 2428,63 manat pul tutularaq ”Kapital Bank” ASC-yə, 2(060)-3435/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cəmi 751 manat pul tutularaq Tələbkar2 MMC-yə ödənilməlidir. İcra sənədləri müvafiq olaraq xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə icraata daxil olmuş müvafiq qaydada icraata başlanılaraq, qərarın surəti könüllü icra haqqında bildirişlə bərabər borclunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. Lakin borclu icra məmurunun çağırışlarına gəlmədiyi və yaşadığı yeri müəyyən etmək mümkün olmadığından xx.xx.2023cü il tarixdə barəsində axtarış qərarı qəbul olunaraq Sumqayıt Şəhər Polis İdarəsinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə 734843 nömrəli axtarış işi açılmışdır. xx.xx.2023-cü il tarixdə yeri müəyyən edilərək İcra İdarəsinə gətirilən Borclu könüllü icra haqqında bildiriş kötüyünə imza etdirilməklə əlbəəl təqdim olunmuş və borcların könüllü şəkildə ödənilməsi üçün 10 gün vaxt verilmiş, lakin tələb təmin olunmamış, borclu sonradan icra məmurununda üzrsüz səbəbdən yayınmışdır. Tələb təmin olmadığı üçün borclunun əmlak və gəlirləri barədə “Elektron icra” informasiya sistemindən çıxarış edilmişmiş, lakin onda tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirlər aşkar edilməmişdir. Hazırki icraat materiallarına əsasən icra sənədləri üzrə heç bir ödəniş olunmamışdır. Borclunun icra sənədinin icrasından yayınaraq ölkə hüdudlarını tərk etməsi ehtimal edildiyindən hesab edilir ki, onun ölkədən getmək hüququ borc məbləği tam ödənilənədək məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında borclu qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında işdə iştirak edən şəxslər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, təqdimatı təqdim olunmuş sənədlərlə birlikdə araşdırıb əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarından görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş borcluya göndərilmişdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu icra sənədinin könüllü icrası ilə bağlı bildirişi almış, ona icra sənədini dərhal icra etməsi izah olunmuş, habelə icraata başlamaq haqqında qərarla tanış edilmiş, habelə izahatı alınmışdır. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər ücün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə hesab edir ki, təqdimat əsaslıdır. Belə ki, məhkəmə qərar əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4071/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(060)-3435/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə borclunun getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264-cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4071/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(060)-3435/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №8(060)-942/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-942/2023
28.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver