Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-943/2023 27.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi ilə, Tələbkar iştirakı ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayev Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-768/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı borclu "xxxx" ASC-nin mülkiyyətində olan «KAMAZ 55111» yük markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulub açıq hərracda satılması və əldə olunan vəsaitin tələbə yönəldilməsi barədə təqdimata məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-768/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddiaçının sağlamlığına dəymiş zərərlə əlaqədar xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək ödənilməmiş aylıq ödənişlər üzrə yaranmış 1338 manat məbləğində pulun, xx.xx.2023-cü ildən başlayaraq isə hər ay 207 manat məbləğində aylıq ödənişin iddiaçı Tələbkar ödənilməsi öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmalıdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayev Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-768/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı əmlakın üzərinə həbs qoyulub açıq hərracda satılması və əldə olunan vəsaitin tələbə yönəldilməsi barədə təqdimat verərək təqdimatı onunla əsaslandırmışdır ki, icra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti könüllü icra haqqında bildirişlə bərabər borclu hüquqi şəxsin icra sənədində göstərilən ünvanına göndərilmiş, habelə xx.xx.2023-cü il tarixdə kötüyünə imza etməklə hüquqi şəxsin rəhbəri X1 yenidən əlbəəl təqdim edilmiş, lakin tələb təmin olunmamışdır. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün onun əmlak və gəlirləri barədə Ədliyyə Nazirliyinin “Elektron İcra” informasiya sistemi vasitəsi ilə, habelə aidiyyəti orqanlara sorğular verilmiş, əldə olunmuş məlumata əsasən borclu "xxxx" ASC-nin adına «KAMAZ 55111» yük markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin qeydiyyatda olduğu müəyyən edilmişdir. İcra tədbirləri zamanı həmin avtomobilin qeydiyyatda olduğu müəyyən edilmişdir. İcra tədbirləri zamanı həmin avtomobilin Sumqayıt şəhəri, Sülh küçəsi, 1 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus əmlak kompleksində saxlanıldığı müəyyən edilmiş, xx.xx.2023-cü il tarixdə həmin avtomobil üzərində “İcra haqqında” Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin tələblərinə uyğun olaraq həbs qoyulmuş və saxlanc üçün borclu hüquqi şəxsin rəhbər D.Nəzərova təhvil verilmişdir. Hazırki icraat materiallarına icra sənədi üzrə heç bir ödəniş olunmamış, 3615 manat borc yaranmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə hesab etmişdir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə borclu şəxs "xxxx" ASC-yə məxsus «KAMAZ 55111» yük markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq, açıq hərracda satılması və tələbin əldə olunan vəsaitə yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar izahatında bildirdi ki, icra məmuru tərəfindən müəyyən hərəkətlər aparılmış, aylıq 207 manatdan yuxarı kəsilmişdir. Heç bir ödəniş olunmamışdır.Ona görə də təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru, borclu məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməməsi təqdimatda qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ona görə də məhkəmə təqdimata boclu və icra məmurunun iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş materialları araşdıraraq hesab edir ki, təqdimat qismən təmin edilməlidir. İş materiallarında olan: - 2(060)-768/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddiaçının sağlamlığına dəymiş zərərlə əlaqədar xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək ödənilməmiş aylıq ödənişlər üzrə yaranmış 1338 manat məbləğində pulun, xx.xx.2023-cü ildən başlayaraq isə hər ay 207 manat məbləğində aylıq ödənişin iddiaçı Tələbkar ödənilməsi öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması qət edilmişdir. - 03 may 2023-cü il tarixli qərardan görünür ki Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-768/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 03 may 2023-cü il tarixli, 103829- 23/36 nömrəli "xxxx" ASC-yə ünvanlanmış bildirişdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-768/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etmək üçün 10 gün müddətində vaxt verilmişdir. Bu müddət başa çatdıqdan sonra göstərilən tələb məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı barədə xəbərdarlıq edilmiş, "xxxx" ASC-nin direktoru xx.xx.2023-cü il tarixdə qərar və bildiriş ilə tanış olmuşdur. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1547/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Tələbkar tərəfindən verilmiş şikayətin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(060)-768/2023 nömrəli qərardadının ləğv edilməsi və cavabdeh "xxxx" ASC-nin müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. - Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayev tərəfindən qəbul edilmiş 17 avqsut 2023-cü il tarixli tələbin borclunun pul vəsaitlərinə yönəldilməsi barədə qərardan görünür ki, "xxxx" ASC-yə məxsus "xxxx" ASC və "xxxx" ASC-dəki bütün hesablarda olan pul vəsaitləri üzərinə tələb həcmində həbs qoyulması qərara alınmışdır. - 29 noyabr 2023-cü il tarixli borclunun əmlakına baxış keçirilməsi haqqında aktdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-768/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu "xxxx" ASC-nin yerləşdiyi ünvan 2 ünvanda aşkar edilən və borclu hüquqi şəxsə məxsus “Kamaz” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil (yük) üzərinə həbs qoyulmuş və saxlanc üçün borclu hüquqi şəxsin direktoru Dadaş Nəzərova təhvil verilmişdir. Həmin əmlakın israf ediləcəyi, özgəninkiləşdiriləcəyi, gizlədiləcəyi, dəyişdiriləcəyi və s. halda Cinayət Məcəlləsinin 308.1ci maddəsi ilə məsuliyyət daşıyacağı barədə xəbərdarlıq olunmuşdur. Bundan əlavə təqdimatın qismən təmin edilməsi qənaəətinə gələrkən məhkəmə qeyd olunmasını zəruri bildirir ki, hərracda satılmaqla, əmlaka yönəldilməsi icra mərhələsində həyata keçirilən icra tədbiri olduğundan həmin hissədə təqdimat təmin edilməməlidir. Məhkəmə hesab edir ki, təqdimat qismən təmin edilərək qanuni qüvvəyə minmiş qətnamənin icrası təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinin tələbinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsində göstərilir ki, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2015-ci il tarixli qərarının 2-ci bəndinə əsasən qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici Konstitusiya norma və prinsiplərinə riayət etmək şərtilə məhkəmə qərarlarının icrası sahəsində istənilən modeli müəyyən etməkdə sərbəstdir. Məhkəmə qərarının icrasının məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmasını nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu sahədə qanunvericinin seçdiyi model səmərəli və effektiv olmalıdır, əks hal məhkəmə qərarının vaxtında və düzgün icra olunmamasına gətirib çıxara bilər, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz, qəbul olunmuş qərarı isə əhəmiyyətsiz edər. Eyni zamanda, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması cəmiyyətin məhkəmə hakimiyyətinə etimadını azalda bilər. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İş materiallarında olan Elektron portaldan əldə edilən məlumatdan görünür ki, borclu "xxxx" ASC-nin mülkiyyətində icra işində tələb olunan «KAMAZ 55111» yük markalı, **-AD- *** dövlət qeydiyyat nişanlı avtomobil aşkar olunmuşdur. Məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə verilmiş təqdimat qanunvericiliyin tələbinə uyğun olmaqla, təqdimata əlavə edilmiş sənədlərlə öz təsdiqini tapdığı üçün təqdimat qismən təmin edilməli, borclu "xxxx" ASC-nin mülkiyyətində olan «KAMAZ 55111» yük markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmalı, açıq hərracda satılması və əldə olunan vəsaitin tələbə yönəldilməsi hissəsində təqdimat təmin edilməməlidir. Yuxarıda göstərilənləri, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 43- 45, 50-ci maddələrini və Azərbaycan Respublikası MPM-in 263-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİ: Təqdimat qismən təmin edilsin. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayev tərəfindən verilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-768/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı borclu "xxxx" ASC-nin mülkiyyətində olan «KAMAZ 55111» yük markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qalan hissədə təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №8(060)-943/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-943/2023
27.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver