Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-955/2025 05.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Tələbkar alimentin indeksasiyası barədə ərizəsinə dair iş üzrə (açar sözlər: geri qaytarma) Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi ilə, Tələbkar yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X1 üçün tutulmuş alimentin indeksasiya edilməsi barədə ərizəsinə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Tələb
1. Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6564/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Borclu xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat məbləğində tutulan alimentin miqdarı artırılaraq 2025-ci il üçün ölkə üzrə müəyyən olunmuş 400 manat məbləğində minimum əmək haqqının 0,61 misli həddində indeksasiya olunaraq (400x0,61) 244 manat məbləğində müəyyən olunması və alimentin məhkəməyə müraciət edildiyi vaxtdan Tələbkar xeyrinə tutulması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
Məhkəmənin mövqeyi
3. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır.
4. Qanunun qeyd edilən tələblərindən görünür ki, iddia ərizəsi (ərizə) iddiaçı (ərizəçi) və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Lakin hazırkı ərizə tələbkarın özü və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamışdır.
5. Odur ki, Tələbkar alimentin indeksasiyası barədə ərizəsi qanunvericiliyin göstərilən tələblərinə əməl edilmədiyindən geri qaytarılmalıdır.
6. Göstərilənləri və MPM-nin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Tələbkar alimentin indeksasiyası barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Tələbkar izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim Pərvin İmamverdiyeva