Məhkəmə qərarları › İş №8(060)-970/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-970/2023

20.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-970/2023 20.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Fikrət qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə Borclu işirakı ilə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmş e-2(060)-2564/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclunun məcburi gətirilməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük İcra məmuru X1 təqdimatına baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük İcra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmş e-2(060)-2564/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu 2098,90 manat pul vəsaiti tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük İcra məmuru X2 tərəfindən “borcluya məcburi gətirilmə tətbirinin tətbiq edilməsi haqqında” 12 noyabr 2023-cü il tarixli qərar qəbul edilmiş və qeyd olunan qərar İcra idarəsinin rəisi tərəfindən təsdiq olunmuşdur. Məhkəmə iclasında Borclu bildirdi ki, icra sənədinin icrasından boyun qaçırmır. Belə ki, atası tərəfindən müəyyən ödənişlər edilib. Hazırda işsiz olduğu üçün borcunu ödəmir. O, heç bir zaman icra məmurunun çağırışından yayınmışdır. İcra Məmuru tərəfindən ona heç bir rəsmi bildiriş gəlməmiş eyni zamanda o, icra idarəsinə dəvət olunmamışdır. Hazırda təqdimatın əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş etdi. İcra sənədi üzrə təqdimat verən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi və tələbkar məhkəmə iclasının vaxtı yeri haqqında lazımı qaydada xəbərdar edildiklərinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, Lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı nəzərdən keçirib, borclunun izahatını dinləyib məhkəmə hesab edir ki, təqdimat təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.4-cü maddəsinə əsasən icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməyən və ya onların yerinə yetirilməsinə mane olan və yaxud başqa şəkildə məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi pozan təqsirkar şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə icra məmuru müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Məhkəmə, bu normadan çıxış edərək və borclunun hazırda icra sənədinin icrasından yayınmamasını nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmş e-2(060)-2564/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük İcra məmuru X1 təqdimatı təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmş e-2(060)-2564/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclunun məcburi gətirilməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük İcra məmuru X1 təqdimatı təmin edilməsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən, 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar