Məhkəmə qərarları › İş №8(060)-971/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-971/2025

01.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-971/2025 01.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, Maraqlı şəxs icra məmuru X2 xx.xx.2025-ci il tarixli borclunun (onun əmlakının və ya uşağının) axtarılması haqqında qərarından ərizəçi (borclu) İmaməliyev Aqil Famil oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Famil oğlu Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş e-2(060)-7195/2024-018 nömrəli, xx.xx.2024-ci il tarixli icra sənədinin icra tədbiri kimi - X1 məxsus **-NA-*** dövlət qeydiyyat nişanlı, Chevrolet Equinox minik markalı avtomaşın barəsində axtarış elan edilməsi barədə Maraqlı şəxs İcra məmuru X2 xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Hazırkı iş üzrə məhkəmə iclası xx.xx.2025-ci il tarixə, saat 10:00-a təyin edilmiş, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq ərizəçi (borclu), tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X4 Famil oğlu ərizə ilə məhkəməyə müraciət edərək, şikayətin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizəçi (borclu) şikayət ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən şikayət ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, analoji münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki ərizəçi (borclu) İmaməliyev Aqil Famil oğlu tərəfindən Maraqlı şəxs icra məmuru X2 xx.xx.2025-ci il tarixli borclunun (onun əmlakının və ya uşağının) axtarılması haqqında qərarından verilən şikayət baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Famil oğlu tərəfindən Maraqlı şəxs icra məmuru X2 xx.xx.2025-ci il tarixli borclunun (onun əmlakının və ya uşağının) axtarılması haqqında qərarından verilən şikayət baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar