Məhkəmə qərarları › İş №8(060)-977/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-977/2023

21.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-977/2023 21.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Fikrət qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi Tələbkar Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən e-2(105)-1436/2023 saylı iş üzrə verilmiş, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsi tərəfindən e-2(105)-1436/2023 saylı iş üzrə verilmiş, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu cəmi 11803,64 manat borc və 125 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nə ödənilməlidir. Borclu məxsus pul vəsaitləri və hər hansı qiymətli əşya tərəflərindən aşkar olunmamışdır. Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru T.Z.Rüstəmov təqdimatla məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən e-2(105)-1436/2023 saylı iş üzrə verilmiş, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan “Nissan X-Trail” minik markalı, ** EO *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması, əmlakın açıq hərracda satılması və tələbin satışdan əldə olunan vəsaitə yönəldilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Tələbkar Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə təqdimatı əsaslı hesab edərək bildirdi ki, icra sənədi üzrə borcu qərəzli olaraq tələb olunan məbləği ödəməkdən yayınır. Dəfələrlə borcunun ödənilməsi barədə borcluya məlumat verilsədə, borclu tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Bu səbəbdən hesab edir ki, təqdimat əsaslıdır və təmin olunmalıdır. Təqdimata baxılması üzrə məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə borcluya və Sumqayıt şəhəri üzrə İcra idarəsinə məlumat verilsə də, borclu və icra idarəsi müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata gəlməyən icra sənədi üzrə borclunun, tələbkarın və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq, tələbkarın nümayəndəsini dinləyib, icra işin nəzərdən keçirib və məhkəmə belə hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. İş materiallarında olan Borclu barəsində elektron məlumatdan görünür ki, onun adına “Nissan X-Trail” markalı, ** EO *** dövlət qeydiyyat nişanlı avtomobil qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 158.4-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alınır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirinin növlərindən biridir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 43.1.3-cü maddəsinə görə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildikdə və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçdikdə icra məmuru tərəfindən məcburi icra tədbirlərinin tətbiqinə yol verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə «tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir». Həmin Qanunun 50.1-ci maddəsinə əsasən «icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur». Həmin Qanunun 50.2-ci maddəsinə görə «borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur». Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq məhkəmə belə hesab edir ki, Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X1 təqdimatı qismən təmin olunmalı, Borclu mülkiyyətində olan “Nissan X-Trail” markalı, ** EO *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən e-2(105)-1436/2023 saylı iş üzrə verilmiş, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası zamanı Borclu mülkiyyətində olan “Nissan X- Trail” markalı, ** EO *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan, rəsmi qaydada verildiyi gündən, 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar