Məhkəmə qərarları › İş №8(060)-979/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-979/2025

27.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-979/2025 27.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Tələbkar, Borclunun nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi (tələbkar) Tələbkar məhkəmə qətnaməsinə əsasən qət edilmiş aliment məbləğinin indeksasiya edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, 29 may 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu hər ay 272 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə verilməsi və sonrakı artırmalar nəzərə alınmaqla indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5709/2020 saylı, 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Borclu ilə Sumqayıt “Asan Xidmət” Mərkəzi qeydiyyat şöbəsində xx.xx.2018-ci il tarixdə bağlanmış və 2258 nömrə ilə qeyd edilmiş nikah pozumuş, birgə nikahdan olan 29 may 2019-cu il təvəllüdlü X4 onun himayəsində qalmış və onun yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu hər ay 170 manat məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə əsasında məhkəmə tərəfindən Abşeron rayon İcra və probasiya şöbəsinə icra vərəqəsi verilmiş və həmin qurumda xx.xx.2020-ci il tarixli “İcraata başlamaq haqqında” qərarla icraata başlanılmışdır. Hazırda icra vərəqəsi Abşeron rayon İcra və probasiya şöbəsinin icraatındadır və alimentin ödənilməsi təmin edilir .Borclu həmin aliment məbləğini vaxtlı-vaxtında ödəməsinə baxmayaraq 2020-ci ildən sonra ölkə üzrə müəyyən olunmuş yaşayış minimumu, o cümlədən uşaqlar üçün yaşayış minimumu, həmçinin minimum əmək haqqı dəyişdiyi üçün cavabdehin ödədiyi 170 manat aliment məbləği uşağın saxlamlıq, təhsil, məişət, qida və sair tələbatını ödəmək üçün yetərli deyildir. Ona görə də müəyyən olunmuş aliment məbləğinin indeksasiya edilməsi məqsədi ilə məhkəməyə müracit etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında ərizəçi (tələbkar) Tələbkar ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Borclunun nümayəndəsi X3 məhkəmə iclasında ərizəyə etiraz etdi və onun rədd olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5709/2020 saylı, 29 oktyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək tərəflər sarasındakı nikah pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 29 may 2019-cu təvəllüdlü X2 anası Tələbkar himayəsinə verilməsi, Borclu 29 may 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli qərarına əsasən və Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində qeyd olunur ki, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2019-cu il sentyabr ayından 250 manat (xx.xx.2022-ci ilədək) müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5709/2020 saylı, 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə hər ay hər bir uşaq üçün 170 manat sabit pul məbləğində aliment təyin olunduğundan, cavabdehdən hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. (170 manat/250 manat=0,68) Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1dən 400 manat müəyyən edilib. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci maddəsinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin Qərarın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, borcludan 2020-ci ildə təyin edilmiş və həmin vaxtdan tutulan aliment məbləği 2025-ci ildə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilməklə indeksasiya edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 232, 263-264 və 266- 269-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizə təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5709/2020 saylı, 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh Borclu 29 may 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş hər ay 170 manat sabit pul məbləğində aliment məbləği ölkə üzrə minimum əmək haqqının 0,68 misli həddində indeksasiya edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar