Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-98/2024 08.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Borclu iştirakı ilə, ünvan 2qayıt Şəhər Məhkəməsinin e-2(060)-925/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq edilməsi barədə ünvan 2qayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: ünvan 2qayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ünvan 2qayıt şəhəri üzrə İcra idarəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, ünvan 2qayıt Şəhər Məhkəməsinin e-2(060)- 925/2023 saylı, xx.xx.2023-ci il tarixli icra sənədi üzrə Tələbkar ünvan 2qayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən iki mərtəbəli 257 nömrəli fərdi yaşayış evindən, kommunal xidmətlərdən, həmin evin qaz, işıq, su xəttindən, sanitar qovşaqdan istifadəsinə hər hansı maneənin törədilməməsi öhdəliyi Borclu üzərinə qoyulmalıdır. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu X1 dəfələrlə rəsmi xəbərdarlıq olunmuşdur, lakin o, icra məmurunun qanuni çağırışlarına gəlməmişdir. xx.xx.2023-cü il tarixində borclunun barəsində məcburi gətirilmə tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edilmiş və tərəflərə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Borclu təqdimatın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tələbkar və icra məmuru məhkəməyə gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı təqdim olunmuş sənədlərlə birlikdə araşdırıb əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat təmin edilməlidir. ünvan 2qayıt Şəhər Məhkəməsinun e-2(060)-925/2023 saylı, xx.xx.2023-ci il tarixli icra sənədindən görünür ki, Tələbkar ünvan 2qayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən iki mərtəbəli 257 nömrəli fərdi yaşayış evindən, kommunal xidmətlərdən, həmin evin qaz, işıq, su xəttindən, sanitar qovşaqdan istifadəsinə hər hansı maneənin törədilməməsi öhdəliyi Borclu üzərinə qoyulmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər icra sənədlərində göstərilən qaydada və yerdə icra olunur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Beləliklə, məhkəmədə müəyyən edildi ki, icra məmuru tərəfindən qanunla nəzərdə tutulmuş qaydada icra sənədi üzrə icraata başlanılaraq borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, lakin borclu tərəfindən tələb könüllü qaydada təmin olunmamışdır. İcra sənədinin icrası ilə əlaqədar borclu icra şöbəsinə dəvət olunmasına və barəsində icra məmurunun qərarı ilə icra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar çıxarılmasına baxmayaraq, icra məmurunun çağırışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə hər hansı bir məlumat verməmiş, bununla da, icra məmurunun çağırışlarından yayınmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. ünvan 2qayıt Şəhər Məhkəməsinin e-2(060)-925/2023 saylı, xx.xx.2023-ci il tarixli icra sənədi üzrə borclu ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ünvan 2qayıt şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası ünvan 2qayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ünvan 2qayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №8(060)-98/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-98/2024
08.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver