Məhkəmə qərarları › İş №8(061)-101/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №8(061)-101/2025

02.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 8(061)-101/2025 02.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi , Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə, İcra işi üzrə Borclu məcburi olaraq gətirilməsi barədə Tərtər Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdimatla müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)- 2094/2024 nömrəli icra sənədi əsasında açılmış icra işi üzrə Borclu barəsində məcburi olaraq gətirilmə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-2094/2024 nömrəli icra sənədinə əsasən Borclu qızıl-zinət əşyaları və ya onların dəyəri olan 3229 manat pul vəsaiti alınaraq Tələbkar xeyrinə ödəməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Odur ki, Borclu Tərtər rayon İcra və Probasiya Şöbəsinə məcburi olaraq gətirilmə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin edilməlidir. İcra Haqqında Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsində göstərilmişdir ki, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İcra Haqqında Azərbaycan Respublikası Qanunun 84.3-cü maddəsində göstərilmişdir ki, icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra məmurları qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 297, 264,267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-2094/2024 nömrəli icra sənədi əsasında açılmış icra işi üzrə Borclu məcburi olaraq Tərtər rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Tərtər rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar