Məhkəmə qərarları › İş №8(061)-105/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №8(061)-105/2025

02.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 8(061)-105/2025 02.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Tələbkar və Borclu qızının iştirakları ilə Tələbkar qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində müəyyən edilmiş alimentin indeksasiya edilməsinə dair ərizəsinə məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək qanuni qüvvəyə minmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-795/2024 saylı məhkəmə qətnaməsinə əsasən birgə nikahdan anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu hər ay tutulması müəyyən edilmiş ümumilikdə 360 manat sabit pul məbləğində tutulan aliment məbləği ölkə üzrə müəyyən edilmiş 2025-ci il üzrə minimum əmək haqqına (400 manat) münasibətdə indeksasiya edilərək minimum aylıq əmək haqqının 0,65 misli miqdarında müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəni onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-795/2024 saylı məhkəmə qətnaməsinə əsasən cavabdeh Borclu birgə nikahdan anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ümumilikdə hər ay 360 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Sonuncu qətnamə çıxarıldığı və qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq borclu tərəfindən uşağın saxlanılması üçün aliment ödənilmiş başqa heç bir maddi köməklik göstərilməmişdir. Uşaqlarının bütün qayğısını və ehtiyacını tamamilə o şəkir. Uşaqlar böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqlarının təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətinlik yaradır. Borclu tərəfindən birgə nikahdan olan övladlarının artan sosial və digər xərcləri üçün kifayət etmir. Hal-hazırda övladlarını tək böyüdür. Övladlarının xərci ildən ilə artır. Bu səbəbdən sabit pul məbləğində tutulan alimentin məbləğinin yenidən hesablanması indeksasiya edilməsinin övladlarını tək başına böyüdən bir ana olaraq övladlarının artan xərclərini qarşılamaqda kömək edəcəyini düşünür. Tərtər Rayon Məhkəməsinin hazırki ərizəsi üzrə çıxaracağı qərardadla sabit pul məbləğində müəyyən mislinə uyğun sabit pul məbləğində hesablanmasının övladlarının kifayət qədər yaxşı yetişməsi, gələcəyi və mənafeyi baxımından vacib olduğu qənaətindədir. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Göstərdiklərinə əsasən qanuni qüvvəyə minmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-795/2024 saylı məhkəmə qətnaməsinə əsasən birgə nikahdan anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu hər ay tutulması müəyyən edilmiş ümumilikdə 360 manat sabit pul məbləğində tutulan aliment məbləği ölkə üzrə müəyyən edilmiş 2025-ci il üzrə minimum əmək haqqına (400 manat) münasibətdə indeksasiya edilərək minimum aylıq əmək haqqının 0,65 misli miqdarında müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar məhkəmə iclasında ərizəsində göstərilənləri təsdiq edərək iki uşağı saxlamaqda çətinlik çəkdiyini, hazırda ödənilən aliment məbləği ilə uşaqların tələbatlarını ödəyə bilmədiyini, eləcə də minimum yaşayış həddi artdığına görə alimentin minimum yaşayış həddi səviyyəsində indeksasiya olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu izahatında ərizəni qəbul etməyərək, ərizəyə qarşı məhkəməyə ünvanladığı etirazını əsaslı hesab edərək bildirmişdir ki, maddi durumu çox ağırdır, işlədiyi müəssisədən cəmi 700 manat əmək haqqı alır bə hal hazırda hər ay əmək haqqının 550 manatı övladlarının saxlanılması üçün aliment olaraq tutulur. Onun 360 manatı alimentin özünə, 190 manatı isə qalıq borca görə tutulur. Bu və səbəblərə görə ailə vəziyyətini, maddi durumunu, yaşayış şəraitini nəzərə alıb ərizənin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə ərizəni, iş materialları ilə birlikdə nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-795/2024 saylı məhkəmə qətnaməsinin surətindən görünür ki, cavabdeh Borclu birgə nikahdan anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ümumilikdə hər ay 360 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respubikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respubikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin qərarın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 01 yanvar 2023-cü il tarixli sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2024-cü il üçün 345 manat müəyyən edilmişdir. Məhkəmə müəyyən olunmuş işin faktiki hallarına və qeyd olunan hüquq normalarına hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməli, qanuni qüvvəyə minmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-795/2024 saylı məhkəmə qətnaməsinə əsasən birgə nikahdan anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu hər ay tutulması müəyyən edilmiş ümumilikdə 360 manat sabit pul məbləğində tutulan aliment məbləği 23 may 2025-ci il tarixdən başlayaraq Borclu ərizəçi Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşaq üçün 0,52 misli həddində indeksasiya olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qər ara aldı: Ərizə təmin edilsin. Qanuni qüvvəyə minmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)- 795/2024 saylı məhkəmə qətnaməsinə əsasən birgə nikahdan anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu hər ay tutulması müəyyən edilmiş ümumilikdə 360 manat sabit pul məbləğində tutulan aliment məbləği 23 may 2025-ci il tarixdən başlayaraq Borclu ərizəçi Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşaq üçün 0,52 misli həddində indeksasiya olunsun. Qərardadın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar