Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 8(061)-127/2025 01.07.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə, Tərtər rayon İcra Şöbəsinin icra məmuru X2 Borclu məxsus olan “VAZ 21074” minik markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Borclu məxsus olan “VAZ 21074” minik markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-88/2024- 014 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 1320 manat məbləğində dəymiş ziyan alınıb ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrəcavabdeh Tələbkar verilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Tərtər rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron İcra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “VAZ 21074” minik markalı, 90-G0-807 dövlət qeydiyyat nişanlı avtomobili vardır. Odur ki, Borclu məxsus olan “VAZ 21074” minik markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu, Tələbkar və Tərtər Rayon İcra və Probasiya Şobəsinin icra məmuru X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələbinin təmin edilməsi üçün borlcunun yetərli pul vəsaiti olmadığına görə tələb borclunun əmlakına yönəldilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Odur ki, məhkəmə hesab edir ki, Borclu məxsus olan “VAZ 21074” minik markalı, **- GO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikası MPM-in 263-269-cu maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Tərtər rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Borclu məxsus olan “VAZ 21074” minik markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə və 7 Saylı Yevlax Rayonlararası X4 həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №8(061)-127/2025
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №8(061)-127/2025
01.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver