Məhkəmə qərarları › İş №8(061)-135/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №8(061)-135/2025

21.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 8(061)-135/2025 21.07.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ X4 Vahid qızının sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hacıyev Ramin Firidun oğlunun katibliyi, Borclu iştirakı ilə, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-940/2023 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə Borclu ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə Borclu məhkəməyə ərizə ilə müraciət edərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-940/2023 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Borclu bildirdi ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-940/2023 nömrəli qətnaməsi əsasında cavabdehlər X1 və ondan 889,21 manat pul alınaraq Tələbkar ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda borcunu tam ödəmişdir. Ona görə də, Tərtər Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Tərtər Rayon Məhkəməsinin 2(061)940/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilmişdir. İcra məmuru, tələbkar məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qaydasında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə, iş üzrə toplanmış sənədləri araşdıraraq, borclunu dinləyərək, hesab edir ki, ərizə əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinin mənasına görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxslər, ictimai birlikləri, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələbinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İş materillarına əlavə edilmiş, Tərtər Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, Amil Səfərovun icraata xitam verilməsi haqqında qərarından görünür ki, Tərtər Rayon Məhkəməsinin 2(061)940/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində qeyd olunan tələb Borclu, X2 tərəfindən tam şəkildə ödənildiyindən, icra sənədinə xitam verilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, Borclu hazırda borcunu tam ödədiyi üçün Tərtər Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Tərtər Rayon Məhkəməsinin 2(061)940/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verildiyindən Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-940/2023 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə Borclu ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-940/2023 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə Borclu ərizəsi təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Maya Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar