Məhkəmə qərarları › İş №8(061)-147/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №8(061)-147/2025

25.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 8(061)-147/2025 25.07.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Maya Vahid qızının sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hacıyev Ramin Firidun oğlunun katibliyi, Borclu, Tələbkar iştirakı ilə, Tərtər Rayonu İcra və probasiya şöbəsindən daxil olmuş «borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə» təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər Rayonu İcra və probasiya şöbəsinin rəisi Cahangir Alıyev təqdimatla Tərtər Rayon Məhkəməsinə müraciət edərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(061)-752/2024 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Tərtər Rayonu İcra və probasiya şöbəsinin xx.xx.2015-ci il tarixli, 2(061)-752/2024 nömrəli icra sənədinə əsasən Borclu 7200 manat, dövlət rüsumuna görə 92 manat, cəmi 7292 manat pul alınaraq Tələbkar ödənilməlidir. Qeyd olunan icra sənədi Tərtər Rayonu İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Həmin müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün icra məmuru tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyəti təşkilatlara elektron sistem vasitəsi ilə sorğular göndərilmişdir. Tələbin yönəldilə biləcəyi borcluya məxsus əmlak və gəlirlər aşkar edilməmişdir. Həmin tarixdən bu vaxta qədər icra sənədinin icrası təmin edilməmişdir. Buna görə də borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Sonda icra məmuru təqdimatın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq təqdimat verən şəxs Tərtər Rayonu İcra və probasiya şöbəsinin rəisi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirdi ki, iddiaçı Tələbkar ona qarşı Tərtər Rayon Məhkəməsində iddia qaldırmışdır. Tərtər Rayon Məhkəməsinin 01 avqust 2024-cü il tarixli 2(061)752/2024 saylı qətnaməsi ilə iddia tələbinin təmin olunması qət edilmişdir. Lakin məhkəmə tərəfindən qətnamə ona rəsmi təqdim edilməmişdir. Yalnız Tərtər rayon İcra və Probasiya şöbəsinə dəvət ediləndən sonra qətnamədən xəbəri olmuşdur. Ümumiyyətlə o, məhkəmə iclaslarında iştriak etməmişdir. Məhkəməyə təqdim olunan bildirişdə olan imza ona məxsus deyildir. Bildirişin kimin tərəfindən imzalanmasından xəbəri yoxdur. Sonda barəsində verilmiş təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Tələbkar izahat verərək bildirdi ki, Borclu Tərtər Rayon Məhkəməsinin 01 avqust 2024-cü il tarixli 2(061)752/2024 saylı qətnaməsinin icrasından yayınmaq üçün bəhanələr gətirir. Onun dedikləri yalandır. Sonda Borclu barəsində verilmiş təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. Təqdimata əlavə edilmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(061)- 752/2024 nömrəli icra sənədindən görünür ki, Borclu razılaşmanı pozduğuna görə 7200 manat, dövlət rüsumuna görə 92 manat, cəmi 7292 manat pul alınaraq iddiaçı Tələbkar verilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(061)-752/2024 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Borclu Tərtər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(061)-752/2024 nömrəli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir və icra sənədini könüllü icra etmədiyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Həmin Məcəllənin 231.3-cü maddəsinə görə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə icra sənədinin verilməsindən ötən müddət ərzində icra sənədinin hər hansı üzrlü səbəb olmadan icra edilməməsini, borclunun tələbin yönəldilə biləcək əmlakının aşkar edilməməsini, bunun isə borclunun iştirakı olmadan icra sənədinin icrasını mümkünsüz hala gətirdiyini nəzərə alaraq hesab edir ki, icranı təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(061)-752/2024 nömrəli icra sənədi icra olunanadək, xx.xx.1983-cü il tarixdə Tərtər rayonunda anadan olmuş, Tərtər rayonu Hüsənli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Maya Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar