Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 8(061)-149/2025 29.07.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Tərtər Rayon Məhkəməsinin hakimi Məmmədova Maya Vahid qızı Borclu «icra sənədinin icrasının müvəqqəti dayandırılması» barədə ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, MÜƏYYƏN ETDİM: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, Tərtər Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2(061)14/2023 nömrəli qətnaməsi əsasında qanuni qüvvəyə minmiş və hazırda icra mərhələsində olan iş üzrə cavabdeh tərəfdir. Hazırda eyni tərəflər (X1 və Tələbkar ilə onun arasında) hazırki işin predmeti ilə birbaşa bağlı iki inzibati iş üzrə məhkəmə icraaatı mövcuddur və işlər baxılma mərhələsindədir. Həmin işlərdə qəbul olunacaq qərarlar bu icra sənədinin hüquqi nəticələrinə birbaşa təsir edəcək mahiyyətdədir. Bu səbəbdən də icra prosesi həyata keçirilərsə, hüquqlarının bərpası qeyri-mümkün ola bilər. Ona görə də, 01 avqust 2023-cü il tarixli 2(061)14/2023 qətnamənin «icra sənədinin icrasının müvəqqəti dayandırılması» barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirdərək hesab edirəm ki, ərizə geri qaytarılmadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə görə ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə görə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən Borclu «icra sənədinin icrasının müvəqqəti dayandırılması» barədə ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrinə əsasən QƏRARA ALDİM: Borclu «icra sənədinin icrasının müvəqqəti dayandırılması» barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Maya Məmmədova
Məhkəmə qərarları › İş №8(061)-149/2025
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №8(061)-149/2025
29.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver