Məhkəmə qərarları › İş №8(061)-156/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №8(061)-156/2025

15.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 8(061)-156/2025 15.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfail oğlunun katibliyi Tərtər rayon İcra və Probasiya Şöbəsinin rəisi - icra məmuru X1 Tələbkar Borclu iştirakı ilə, Tərtər Rayon Məhkəməsinin 2(061)-752/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu Tərtər rayonu İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə icra məmuru X1 təqdimatına Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cahangir Alıyev təqdimatla məhkəməyə müraciət edərək, Tərtər Rayon Məhkəməsinin 2(061)-752/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu Tərtər rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-752/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu 7200 manat, dövlət rüsumuna görə 92 manat, cəmi 7292 manat pul tutularaq Tələbkar ödənilməlidir. Qeyd olunan icra vərəqəsi xx.xx.2024-cü il tarixdə Tərtər rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunla müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirşlə icra sənədi üzrə borcluya göndərilmişdir. İcra sənədinin könüllü icrası borclu tərəfindən təmin olunmamışdır. Borclu Tərtər rayon İcra və Probasiya Şöbəsinə gəlməmiş, borclunun məcburi gətiriləcəyi barədə qərar qəbul olunaraq borclunun ünvanına göndərilmiş, həmin qərardan şikayət verilməmişdir. Borclu icra tədbirlərinin həyata keçirilməsi üçün icra yerinə gəlməkdən boyun qaçırdığı üçün onun Tərtər rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi zəruridir. Məhkəmə iclasında icra məmuru X2 təqdimatı müdafiə edərək izahatındaa bildirmişdir ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-752/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu 7200 manat, dövlət rüsumuna görə 92 manat, cəmi 7292 manat pul tutularaq Tələbkar ödənilməlidir. Qeyd olunan icra vərəqəsi xx.xx.2024-cü il tarixdə Tərtər rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunla müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirşlə icra sənədi üzrə borcluya göndərilmişdir. Lakin icra sənədinin könüllü icrası borclu tərəfindən təmin olunmamış, borcluya ödəniş etməsi üçün vaxt verilsə də heç bir ödəniş etməmiş, çağırışa gəlməmişdir. Ona görə də hazırkı təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmdən təqdimatın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Borclu izahatında bildirmişdir ki, heç vaxt icra məmurunun çağrışından boyun qaçırmamışdır. İcra məmuru nə vaxt çağrışa gedəcəkdir. Hazırkı məhkəmə iclasına da ilk çağrışa əsasən gəlmişddir. Ona görə də onun barəsində məcburə gətirmə barədə qərar qəbul edilməsinə ehtiyac yoxdur. Məhkəmədən təqdimatın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Tələbkar izahatında bildirmişdir ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin icra olunmasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Lazımı tədbirlər həyata keçirilsin. İşdə olan Tərtər Rayon Məhkəməsinin 2(061)-752/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin təsdiq edilmiş surətindən görünür ki, Borclu 7200 manat, dövlət rüsumuna görə 92 manat, cəmi 7292 manat pulun tutularaq Tələbkar verilməsi qət edilmişdir. İşdə olan “icraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərarın təsdiq edilmiş surətindən görünür ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-752/2024 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədi əsasında Tərtər rayon İcra və Probasiya Şöbəsində icra işi başlanılmışdır. İşdə olan xx.xx.2024-cü il tatrixli bildirişin təsdiq edilmiş surətlərindən görünür ki, icra məmuru tərəfindən Borclu tələbin könüllü icrası barədə xəbərdarlıq edilmişdir. İşdə olan borclunun məcburi gətirilməsi haqqında xx.xx.2025-ci tarixli qərarın təsdiq edilmiş surətindən görünür ki, Borclu Tərtər rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi barədə məhkəməyə təqdimat verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 2-ci hissəsinə görə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 9-cu hissəsinə görəədalət məhkəməsi təqsirsizlik prezumpsiyasına əsaslanır. “İcra haqqında” Azərbaycan Respublikası qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə araşdırması zamanı Borclu icra məmurunun çağırışı ilə Tərtər rayon İcra və Probasiya şöbəsinə gəlməkdən üzürsüz səbəbdən imtina etməsi məhkəmə iclasında müəyyən olunmadı. Barəsində məcburi gətirilmə haqqında təqdimat verilən Borclu hazırkı iş üzrə məhkəmənin bütün çağrışına gəlmiş və bundan sonra da istənilən vaxt icra məmurunun çağrışına dərhal gedəcəyini bildirmişdir. Belə olan halda məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda sadalanan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Borclu Tərtər rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsinə dair Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cahangir Alıyevin təqdimatı təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinə görə şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 266, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Tərtər Rayon Məhkəməsinin 2(061)-752/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu Tərtər rayonu İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə icra məmuru X1 təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN : TAHİR QUBADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar