Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 8(061)-19/2025 20.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə X1 (Borclu olmaqla) qanuni qüvvəyə minmiş Tərtər Rayon Məhkəməsinin 14 oktyabr 2024cü il tarixli, 2(061)-855/2024 saylı qətnaməsinə əsasən ödənilməli olan sabit pul məbləğində alimentin miqdarının indeksasiya edilməsinə dair ərizəsini məhkəmə iclasında baxaraq, Müəyyənetdi: X2 (Borclu olmaqla) ərizə ilə məhkəməyə müraciət edərək qanuni qüvvəyə minmiş Tərtər Rayon Məhkəməsinin 14 oktyabr 2024 -cü il tarixli, 2(061)-855/2024 caylı məhkəmə qətnaməsinə əsasən Borclu ilə birgə nikahdan xx.xx.2022-ci il tarixdə anadan olmuş X5 adlı uşaqlarının yetkinlik yaşıana çatanadək saxlanılması üçün Borclu hər ay tutulması müəyyən edilmiş 170 manat sabit pul məbləğində alimentin 2025-ci il üzrə minimum əmək haqqının 0,74 misli miqdarında müəyyən edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq himayəsində erkən yaşlı övladı olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, odur ki, iştirakı olmadan işə baxılıb məhkəmə iclasının keçirilməsini və verdiyi ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-855/2024 saylı qətnaməsinə əsasən cavabdeh Borclu xx.xx.2022-ci ildə anadan olmuş X5 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin və X3 3 yaşına çatanadək ananın (iddiaçının) özünə görə 50 manat aliment alınıb X6 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarına əsasən və Ailə Məcəlləsinin 110.1-ci maddəsinə uyğun olaraq alimentin indeksasiyası ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının artımına mütənasib şəkildə aparıldığından qanuni qüvvəyə minmiş Tərtər Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(061)-855/2024 caylı məhkəmə qətnaməsinə əsasən Borclu ilə birgə nikahdan xx.xx.2022-ci il tarixdə anadan olmuş X5 adlı uşaqlarının yetkinlik yaşıana çatanadək saxlanılması üçün Borclu hər ay tutulması müəyyən edilmiş 170 manat sabit pul məbləğində alimentin 2025-ci il üzrə minimum əmək haqqının 0,74 misli miqdarında müəyyən edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Borclu məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırkı ərizəyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən maraqlı şəxs Borclu iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə X1 ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-855/2024 saylı qətnaməsinin surətindən görünür ki, Borclu xx.xx.2022-ci ildə anadan olmuş X5 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin və X3 3 yaşına çatanadək ananın (iddiaçının) özünə görə 50 manat aliment alınıb X6 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin qərarın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında 27 dekabr 2024-cü il tarixli Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən olunmuşdur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci ilin yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə müəyyən olunmuş işin faktiki hallarına və qeyd olunan hüquq normalarına hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməli, qanuni qüvvəyə minmiş Tərtər Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(061)-855/2024 caylı məhkəmə qətnaməsinə əsasən Borclu ilə birgə nikahdan xx.xx.2022-ci il tarixdə anadan olmuş X5 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay tutulması müəyyən edilmiş 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin miqdarı 11 fevral 2025-ci il tarixdən başlayaraq maraqlı şəxs Borclu X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində indeksasiya olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qər ara aldı: Ərizə təmin edilsin. Qanuni qüvvəyə minmiş Tərtər Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(061)-855/2024 caylı məhkəmə qətnaməsinə əsasən Borclu ilə birgə nikahdan xx.xx.2022ci il tarixdə anadan olmuş X5 adlı uşaqlarının yetkinlik yaşıana çatanadək saxlanılması üçün Borclu hər ay tutulması müəyyən edilmiş 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin miqdarı 11 fevral 2025-ci il tarixdən başlayaraq maraqlı şəxs Borclu X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində indeksasiya olunsun. Qərardadın icrasə Tərtər rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №8(061)-19/2025
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №8(061)-19/2025
20.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver