Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 8(061)-192/2025 05.09.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi/, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə Tələbkar maraqlı şəxs Borclu olmaqla alimentin məbləğinin artırılmasına dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, Müəyyənetdi: Tələbkar maraqlı şəxs Borclu olmaqla ərizə ilə məhkəməyə müraciət edərək bu ərizə məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü Məhəmməd Cavidan oğlu, xx.xx.2024-cü il təvəllüdlü X1 üçün onlar yetkinlik yaşına çatana qədər Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən ölkədə 2025-ci il üçün yaşayış minimumu bir uşaq üçün 246 manat məbləğində müəyyən edildiyindən ümumilikdə 492 manat sabit pul məbləğində maraqlı şəxs Borclu tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəçi Tələbkar ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək bu ərizə məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü Məhəmməd Cavidan oğlu, xx.xx.2024-cü il təvəllüdlü X1 üçün onlar yetkinlik yaşına çatana qədər Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən ölkədə 2025-ci il üçün yaşayış minimumu bir uşaq üçün 246 manat məbləğində müəyyən edildiyindən ümumilikdə 492 manat sabit pul məbləğində maraqlı şəxs Borclu tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi ərizə qanunun tələblərinə uyğun olaraq tərtib edilməmişdir. Ərizəçi müəyyən edilmiş alimentin məbləğinin artırılmasını xahiş etmiş, tərəfləri ərizəçi və maralı şəxs kimi qeyd etmişdir. Halbu ki, iddiaçı və cavabdeh kimi qeyd edilməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2(008)-4334/2024 saylı məhkəmə qətnaməsinin surətindən görünür ki, Tələbkar maraqlı şəxs Borclu arasında 4 saylı Bakı “ASAN xitmət” mərkəzi Qeydiyyat Şöbəsində xx.xx.2021-ci ildə bağlanmış və 2766 nömrə ilə qeyd edilmiş nikahın pozulması, iki uşağın idiaçının yanında saxlanılması, məhkəməyə müraciət olunduğu xx.xx.2024-cü ildən başlayaraq, xx.xx.2022-ci il təvəllüdlü X3, xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu hər ay 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarının 8.4-2-ci bəndində qeyd olunur ki, “Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-in 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Qanunun tələblərindən aydın olur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2(008)-4334/2024 saylı məhkəmə qətnaməsinin surətindən görünür ki, məhkəməyə müraciət olunduğu xx.xx.2024-cü ildən başlayaraq, xx.xx.2022-ci il təvəllüdlü X3, xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu hər ay 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar verilməsi qət edilmişdir. Tələbkar izah edilməlidir ki, qanunun tələblərinə uyğun olaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2(008)-4334/2024 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin indeksasiya edilməsi ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-264, 266-268, 361-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Tələbkar maraqlı şəxs Borclu olmaqla alimentin məbləğinin artırılmasına dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №8(061)-192/2025
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №8(061)-192/2025
05.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver