Məhkəmə qərarları › İş №8(061)-224/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №8(061)-224/2025

24.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 8(061)-224/2025 24.10.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Maya Vahid qızının sədrliyi X3 oğlunun katibliyi ilə, Tərtər Rayon Məhkəməsinin 2(061)-1352/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu Tərtər rayonu İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə icra məmuru X1 təqdimatına xx.xx.2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək, Tərtər Rayon Məhkəməsinin 2(061)-1352/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu Tərtər rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilir, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələyə baxılmasına maneə olmur. Məhkəmə icra məmuru, tələbkar və borclunun iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Tərtər Rayon Məhkəməsinin 2(061)- 1352/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu 7750,26 manat məbləğində kredit borcu və 98,88 manat dövlət rüsumu alınaraq Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixdə Tərtər rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunla müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surətini və bildirişlə bərabər Borclu icra sənədində göstərilən Tərtər rayon İrəvanlı kəndində yaşayış ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmişdir. İcra sənədinin könüllü icrası borclu tərəfindən təmin olunmamışdır. Borclu Tərtər rayon İcra və Probasiya Şöbəsinə gəlməmiş, borclunun məcburi gətiriləcəyi barədə qərar qəbul olunaraq borclunun ünvanına göndərilmiş, həmin qərardan şikayət verilməmişdir. Borclu icra tədbirlərinin həyata keçirilməsi üçün icra yerinə gəlməkdən boyun qaçırdığı üçün onun Tərtər rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi zəruridir. İşdə olan Tərtər Rayon Məhkəməsinin 2(061)-1352/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, cavabddeh Borclu 7155,28 manat məbləğində əsas kredit borcunun, 584,98 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 10 manat məbləğində cərimə borcunun, cəmi 7750,26 manat məbləğində pul vəsaitinin və iddianın ödənilməsi üçün 98,88 manat dövlət rüsumu alınaraq Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan “icraata başlamaq haqqında” xx.xx.2025-ci il tarixli qərarın təsdiq edilmiş surətindən görünür ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-1352/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra vərəqəsi əsasında Tərtər rayon İcra və Probasiya Şöbəsində icra işi başlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən... məhkəmə vasitəsi ilə, ... işinin ədalətli... araşdırılması hüququna malikdir. Avropa Məhkəməsi Əfəndiyeva Azərbaycana qarşı xx.xx.2007-ci il tarixli qərarında (55-ci bənd) qeyd etmişdir ki, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün “məhkəmə araşdırmasının” tərkib hissəsi sayımalıdır. Məhkəmə araşdırması zamanı tədqiq edilən təqdimatdan və iş materiallarından müəyyən olundu ki, xəbərdarlıq edilməsinə baxmayaraq Borclu üzürsüz səbəbdən icra məmurunun çağrışına gəlməmiş, icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə işin hallarını nəzərə alıb, yuxarıda sadalanan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, ədalət mühakiməsinin səmərəliliynin təmin edilməsi məqsədi ilə Tərtər Rayon Məhkəməsinin 2(061)-1352/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu Tərtər rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə icra məmuru X1 təqdimatı təmin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq, “İcra haqqında” Azərbaycan Respublikası qanunun 84.2-ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 263-264, 266, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 2(061)-1352/2023 nömrəli, xx.xx.2023-cü il il tarixli icra sənədi üzrə borclu xx.xx.1998-ci il təvəllüdlü Tərtər rayonunda anadan olmuş, Tərtər rayonu, İrəvanlı kəndində qeydiyyatda olan Borclu Tərtər rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Tərtər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: Maya Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar