Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 8(061)-271/2025 12.12.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İcra işi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Tərtər Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdimatla müraciət edərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(061)- 152/2025-020 nömrəli icra sənədinə əsasən Borclu barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli qərarla icraata başladığı Tərtər Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(061)-152/2025-020 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cavabdehlər X1 və Borclu müştərək qaydada 5363 (beş min üç yüz altmış üç) manat 51(əlli bir) qəpik məbləğində pul vəsaiti, ödənilmiş 73(yetmiş üç) manat 64(altmış dörd) qəpik dövlət rüsumu tutularaq Tələbkar ASC-in xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixində Tərtər rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Odur ki, Borclu barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin edilməlidir. İcra Haqqında Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsində göstərilmişdir ki, Məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin hallarını araşdıraraq hesab edir ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(061)-152/2025-020 nömrəli icra sənədinə əsasən Borclu barəsində ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264,267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(061)-152/2025-020 nömrəli icra sənədinə əsasən Borclu barəsində ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətinə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №8(061)-271/2025
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №8(061)-271/2025
12.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver