Məhkəmə qərarları › İş №8(061)-3/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №8(061)-3/2025

17.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 8(061)-3/2025 17.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Tərtər Rayon İcra və Probasiya Şobəsinin icra məmuru X3 iştirakı ilə Tərtər rayon İcra Şöbəsənin icra məmuru X4 Borclu məxsus reyestr nömrəsi **********47 olan 4,3191 ha torpaq sahəsinin 1.0 ha hissəsinin üzərinə həbs qoyulması və həmin torpaq sahəsinin satılaraq borca ödənilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 Borclu məxsus reyestr nömrəsi **********47 olan 4,3191 ha torpaq sahəsinin 1.0 ha hissəsinin üzərinə həbs qoyulması və həmin torpaq sahəsinin satılaraq borca ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-150/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu və X1 2064.56 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq tələbkar Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Tərtər rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu və X2 icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron İcra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus reyestr nömrəsi **********47 olan 4,3191 ha torpaq sahəsi müəyyən edilmişdir. Odur ki, Borclu məxsus reyestr nömrəsi **********47 olan 4,3191 ha torpaq sahəsinin 1.0 ha hissəsinin üzərinə həbs qoyulması və həmin torpaq sahəsinin satılaraq borca ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tərtər Rayon İcra və Probasiya Şobəsinin icra məmuru X5 təqdimatını əsaslı hesab edib, izahatında göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-150/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu və X1 2064.56 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq tələbkar Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Tərtər rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu və X2 icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron İcra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus reyestr nömrəsi **********47 olan 4,3191 ha torpaq sahəsi müəyyən edilmişdir. Odur ki, Borclu məxsus reyestr nömrəsi **********47 olan 4,3191 ha torpaq sahəsinin 1.0 ha hissəsinin üzərinə həbs qoyulması və həmin torpaq sahəsinin satılaraq borca ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Borclu iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələbinin təmin edilməsi üçün borlcunun yetərli pul vəsaiti olmadığına görə tələb borclunun əmlakına yönəldilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Odur ki, məhkəmə hesab edir ki, Borclu məxsus reyestr nömrəsi **********47 olan 4,3191 ha torpaq sahəsinin 2/7(yeddidə iki) hissəsinin 1.0 ha hissəsindən çox olan yəni 0,23 hissəsinin üzərinə həbs qoyulmalı və həmin torpaq sahəsinin satılaraq borca ödənilməsi barədə qərardad qəbul edilməlidir. Təqdimat qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 263-269-cu maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Tərtər rayon İcra və Probasiya Şöbəsinin təqdimatı qismən təmin edilsin. Borclu məxsus reyestr nömrəsi **********47 olan 4,3191 ha torpaq sahəsinin 2/7(yeddidə iki) hissəsinin 1.0 ha hissəsindən çox olan yəni 0,23 hissəsinin üzərinə həbs qoyulsun və həmin torpaq sahəsinin satılaraq borca ödənilsin. Təqdimat qalan hissədə təmin olunmasın. Qərardadın icrası Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestir Xidmətinin 7 Saylı Bərdə Ərazi İdarəsinə və Tərtər Rayon İcra və Probasiya Şöbəsinə və həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində dayandırılma hissəsindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar