Məhkəmə qərarları › İş №8(061)-37/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №8(061)-37/2025

14.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 8(061)-37/2025 14.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Maraqlı şəxs icra məmuru X1, İcra sənədi üzrə Tələbkar iştirakları ilə Maraqlı şəxs Tərtər Rayon Məhkəməsinin 2(061)-86/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək Tərtər Rayon Məhkəməsinin 2(061)-86/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə izah verilməsini xahiş etmişdir. Maraqlı şəxs ərizəsini onunla əsaslandırmışdır ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-86/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu qonşuluq hüququnun pozulması və qeyri-qanuni hərəkətlərinə son qoyulması, qyeri-qanuni çəkilmiş çəpərlərin cavabdehin hesabına sökülməsi, Tələbkar həyətyanı torpaq sahəsinə qədər olan məsafədə 4,5 metr enində gediş-gəliş və 0,50 metr enində su arxı üçün nəzərdə tutulmuş yolun açılması qət edilmişdir. Tərəflərindən keçirilmiş icra prosesində yolun açılması hissəsində və çəkilmiş çəpərlərin sökülməsi hissəsində böyük ağacların olması məlum olmuşdur. Tələbkar həyətyanı torpaq sahəsinə qədər olan məsafədə 4,5 metr enində gediş-gəliş yolunda olan, qeyri-qanuni çəkilmiş çəpərlərin sökülməsi həmin yolda olan ağacların kəsilərək yolun açılmasını ehtiva edib-etməməsinə izah verilmısini xahiş etmişlər. Maraqlı şəxs icra məmuru Cahangir Alıyev izahatında ərizədə göstərilənləri bir daha təsdiq edərək ərizənin təmin edilməsini xahiş etmişdir. İcra sənədi üzrə Tələbkar sözügedən ağacların bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşdiyini, açılacaq yolun üstündə 20-ə yaxın ağacın olduğunu icra sənədinin icra olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş borclu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 230.1-ci maddəsinə əsasən işə baxmş hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əasən qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 230.5-ci maddəsinə əsasən Qətnamənin izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə Maraqlı şəxs müraciətini araşdırıb, əsaslılığını yoxlayaraq, hesab edir ki, müraciət təmin edilməməlidir. Belə ki, mülki işin materiallarından görünür ki, mülki işə 24 iyun 2024-cü ildə məhkəmə iclasında baxılarkən iddiaçı cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi sənədlər əsasında işə baxılmış, hər iki tərəf məhkəmə iclasında iştirak etmiş və izahat vermişdir. Qətnamə tam ətraflı şəkildə araşdırılmışdır. Maraqlı şəxs icra sənədi ilə bağlı lazımi tədbirlər görməklə həmin problemi aradan qaldırılmalı və icra sənədini başa çatdırmalıdır. Məhkəmə belə vəziyyətdə Tərtər Rayon Məhkəməsinin 2(061)-86/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə izah verilməsini məqsədəmüvafiq hesab etməmişdir. Belə ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-86/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi aydın və dəqiq yazılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.4, 230.5-ci, 263-264-cü və 266-268-ci maddələri rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Maraqlı şəxs Tərtər Rayon Məhkəməsinin 2(061)-86/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə izah verilməsi barədə müraciəti təmin edilməsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar