Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 8(061)-43/2025 14.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Tələbkar iştirakı ilə Tələbkar qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində müəyyən edilmiş alimentin indeksasiya edilməsinə dair ərizəsinə məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək qanuni qüvvəyə minmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(061)-190/2020 nömrəli qətməsinə əsasən 17 noyabr 2015-ci il təvəllüdlü X2 üçün 150 manat aliment və Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-730/2023 nömrəli qətnaməsinə əsasən xx.xx.2022-ci il təvəllüdlü X1 üçün 170 manat alınan alimentin məbləğinin dəyişdirilərək xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş 150 manat və 170 manat aliment məbləğinin 2025-ci il üzrə minimum əmək haqqına münasibətdə indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar məhkəmə iclasında göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(061)-190/2020 nömrəli qətməsinə əsasən 17 noyabr 2015-ci il təvəllüdlü X2 üçün 150 manat aliment və Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-730/2023 nömrəli qətnaməsinə əsasən xx.xx.2022-ci il təvəllüdlü X1 üçün 170 manat alınan alimentin X3 tutularaq ona verilməsi qət edilmişdir. Həmin qətnamələrdə alimentin məbləği sabit pul məbləğində müəyyən edilmişdir. Bu səbəbdən indeksasiya həyata keçirilməlidir. Həmin məbləğlərdə alimetlə uşaqları saxlamaqda çətinlik çəkir. Borclu mebel ustasıdır, aylıq normal qazancı vardır. Borclunun verdiyi aylıq 320 manat alimentlə uşaqların tələbatlarını ödəyə bilmir. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu X7 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırkı ərizəyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən borclu X6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın izahatını, iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(061)-190/2020 saylı qətnaməsinin surətindən görünür ki, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən bağlayaraq xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Tərtər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(061)-1259/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay 150 manat sabit pul məbləğində müəyyən edilməsi, həmin məbləğin cavabdeh X3 alınıb iddiaçı Tələbkar verilməsi qət edilmişdir. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-730/2023 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh X3 xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat alimentin alınıb iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respubikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respubikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan xx.xx.2024-cü il tarixdən tutulur. Həmin qərarın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasında 2020-ci il 01 yanvar tarixdən minimum aylıq əmək haqqının məbləği 250 manat, 2023-cü il 01 yanvar tarixdən minimum aylıq əmək haqqının məbləği 345 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında 27 dekabr 2024-cü il tarixli Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən olunmuşdur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci ilin yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə müəyyən olunmuş işin faktiki hallarına və qeyd olunan hüquq normalarına hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməli, qanuni qüvvəyə minmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(061)-190/2020 saylı qətnaməsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Tərtər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(061)-1259/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq müəyyən edilmiş 150 manat sabit pul məbləğində alimentin miqdarı və Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-730/2023 saylı qətnaməsinə əsasən cavabdeh Borclu xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat alimentin miqdarı uşaqların maraq, mənafeləri, normal böyümələri nəzərə alınmaqla 06 mart 2025ci il tarixdən başlayaraq Borclu ərizəçi Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşaq üçün 0,60 misli (ərizəyə əsasən bir uşaq üçün alimentin hesablanması - 150:250=0,60, 170:345 = 0,49, 0,60 x 400 = 240 manat) həddində indeksasiya olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232ci, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qər ara aldı: Ərizə təmin edilsin. Qanuni qüvvəyə minmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(061)-190/2020 saylı qətnaməsinə əsasən cavabdeh Borclu xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş 150 manat sabit pul məbləğində alimentin miqdarı və Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-730/2023 saylı qətnaməsinə əsasən cavabdeh Borclu xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay təyin edilmiş 170 manat alimentin miqdarı 06 mart 2025-ci il tarixdən başlayaraq Borclu ərizəçi Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşaq üçün 0,60 misli həddində indeksasiya olunsun. Qərardadın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №8(061)-43/2025
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №8(061)-43/2025
14.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver