Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 8(061)-55/2025 07.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi Tələbkar iştirakı ilə Ərizəçi Tələbkar qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində müəyyən edilmiş alimentin indeksasiya edilməsinə dair ərizəsinə məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Ərizəçi Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək qanuni qüvvəyə minmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-930/2024 saylı məhkəmə qətnaməsinə əsasən birgə nikahdan anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, ümumilkdə 400 manat sabit pul məbləğində tutulan aliment məbləği ölkə üzrə müəyyən edilmiş 2025-ci il üçün yaşayış minimumu haqqında qanuna əsasən bir uşağa 246 manat ümumilkdə 492 manat həddində sabit pul məbləğində indeksasiya olunması barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Tələbkar ərizəni onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-930/2024 saylı məhkəmə qətnaməsinə əsasən cavabdeh X6 ilə arasında olan xx.xx.2000-ci il tarixdə Tərtər rayon Qeydiyyat Şöbəsi tərəfindən nikah bağlanması haqqında akt qeydləri kitabında 64 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 adlı uşaqlarının onun yanında saxlanılması və birgə nikahdan anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, ümumilkdə 400 manat cavabdeh X1 tutularaq ona ödənilməsi qət edilmişdir. Uşaqların bütün qayğılarını, ehtiyaclarını tamamilə özü çəkir. Uşaqlar böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətinlik yaradır. Borclu tərəfindən birgə nikahdan olan övladlarının artan sosial və digər xərcləri üçün kifayət etmir. Hal-hazırda övladlarını tək böyüdür. Övladlarının xərci ildən ilə artır. Bu səbəbdən sabit pul məbləğində tutulan alimentin məbləğinin yenidən hesablanması indeksasiya edilməsinin övladlarını tək başına böyüdən bir ana olaraq övladlarının artan xərclərini qarşılamaqda kömək edəcəyini düşünür. Tərtər Rayon Məhkəməsinin hazırki ərizəsi üzrə çıxaracağı qərardadla sabit pul məbləğində müəyyən mislinə uyğun sabit pul məbləğində hesablanmasının övladlarının kifayət qədər yaxşı yetişməsi, gələcəyi və mənafeyi baxımından vacib olduğu qənaətindədir. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Göstərdiklərinə əsasən qanuni qüvvəyə minmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-930/2024 saylı məhkəmə qətnaməsinə əsasən birgə nikahdan anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, ümumilkdə 400 manat sabit pul məbləğində tutulan aliment məbləği ölkə üzrə müəyyən edilmiş 2025-ci il üçün yaşayış minimumu haqqında qanuna əsasən bir uşağa 246 manat ümumilkdə 492 manat həddində sabit pul məbləğində indeksasiya olunması barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Tələbkar məhkəmə iclasında ərizəsində göstərilənləri təsdiq edərək iki uşağı saxlamaqda çətinlik çəkdiyini, hazırda ödənilən aliment məbləği ilə uşaqların tələbatlarını ödəyə bilmədiyini, eləcə də minimum yaşayış həddi artdığına görə alimentin minimum yaşayış həddi səviyyəsində indeksasiya olunmasını xahiş etmişdir. Borclu X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırkı ərizəyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən borclu X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)- 930/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Tələbkar ilə cavabdeh X6 arasında xx.xx.2000-ci il il tarixdə Tərtər rayon Qeydiyyat Şöbəsi tərəfindən nikah bağlanması haqqında akt qeydləri kitabında 64 nömrə ilə qeydə alınmış nikah qeydi pozulmuş, tərəflərin birgə nikahdan döğulmuş 10 dekabr 2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 adlı uşaqları iddiaçı Tələbkar yanında saxlanılmış, tərəflərin birgə nikahdan döğulmuş 10 dekabr 2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh X1 hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment alınıb iddiaçı Tələbkar Əhməd qızına verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respubikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respubikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan xx.xx.2024-cü il tarixdən tutulur. Həmin qərarın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasında 2023-cü il 01 yanvar tarixdən minimum aylıq əmək haqqının məbləği 345 manat müəyyən olunmuşdur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 01 yanvar 2023-cü il tarixli sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2024-cü il üçün 345 manat müəyyən edilmişdir. Məhkəmə müəyyən olunmuş işin faktiki hallarına və qeyd olunan hüquq normalarına hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməli, qanuni qüvvəyə minmiş Tərtər Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2(061)-930/2024 saylı məhkəmə qətnaməsinə əsasən borclu X6 ilə birgə nikahdan olmuş xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 adlı uşaqlarının yetkinlik yaşıana çatanadək saxlanılmaları üçün borclu X1 hər ay hər uşaq üçün tutulması müəyyən edilmiş 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin miqdarı 17 mart 2025-ci il tarixdən başlayaraq borclu X1 ərizəçi Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşaq üçün 0,58 misli həddində indeksasiya olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qər ara aldı: Ərizə təmin edilsin. Qanuni qüvvəyə minmiş Tərtər Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2(061)-930/2024 saylı məhkəmə qətnaməsinə əsasən borclu X6 ilə birgə nikahdan olmuş xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu X1 hər ay hər uşaq üçün tutulması müəyyən edilmiş 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin miqdarı 17 mart 2025-ci il tarixdən başlayaraq borclu X1 ərizəçi Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşaq üçün 0,58 misli həddində indeksasiya olunsun. Qərardadın icrası Maraqlı şəxsnə tapşırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №8(061)-55/2025
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №8(061)-55/2025
07.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver