Məhkəmə qərarları › İş №8(061)-65/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №8(061)-65/2025

29.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 8(061)-65/2025 29.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə Tələbkar Borclu olmaqla Tərtər Rayon Məhkəməsinin 2(061)-1420/2024 saylı 21 noyabr 2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş əmək haqqı 1/3 hissə yəni 274 (iki yüz yetmiş dörd) manat aliment məbləğinin 2025-ci il üzrə əmək haqqına (400manat) münasibətdə indeksasiya edilməsi və ayaşlı uşağlarının onun yanında qaldığından cavabdehdən xx.xx.2022-ci il təvəllüdlü X2 3 yaşına çatana kimi əlavə 100 manat baxım pulu barədə ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Tələbkar Borclu olmaqla Tərtər Rayon Məhkəməsinin 2(061)-1420/2024 saylı 21 noyabr 2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş əmək haqqı 1/3 hissə yəni 274 (iki yüz yetmiş dörd) manat aliment məbləğinin 2025-ci il üzrə əmək haqqına (400manat) münasibətdə indeksasiya edilməsi və ayaşlı uşağlarının onun yanında qaldığından cavabdehdən xx.xx.2022-ci il təvəllüdlü X2 3 yaşına çatana kimi əlavə 100 manat baxım pulu barədə Tərtər Rayon Məhkəməsinə müraciət edərək ərizəsinin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar elektron qaydada məhkəməyə ünvanladığı məhkəmənin icraatında olan indeksasiya ilə bağlı olan ərizəsinə baxılmadan geri qaytarılması və ərizəsinə əlavə etdiyi sənədlərin də geri qaytarılması barədə ərizəsini təsdiq edərək ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu Tələbkar ərizəsinə əsasən məhkəmənin icraatında olan indeksasiya ilə bağlı ərizəsinin baxılmamış saxlanılmasına etirazının olmadığını bildirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş ərizəçi Tələbkar tərəfindən yazılmış ərizəsindən aydın olur ki, ərizəsini geri götürür və ərizəsinin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ərizəçi Tələbkar ərizəsinin geri qaytarılmasını xahiş etdyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və mülki iş baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Tələbkar Mövsümova (Dünyamalıyeva) Günel Azər qızının Borclu olmaqla Tərtər Rayon Məhkəməsinin 2(061)-1420/2024 saylı 21 noyabr 2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş əmək haqqı 1/3 hissə yəni 274 (iki yüz yetmiş dörd) manat aliment məbləğinin 2025-ci il üzrə əmək haqqına (400manat) münasibətdə indeksasiya edilməsi və ayaşlı uşağılarının onun yanında qaldığından cavabdehdən xx.xx.2022-ci il təvəllüdlü X2 3 yaşına çatana kimi əlavə 100 manat baxım tələbinə dair ərizə baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar