Məhkəmə qərarları › İş №8(061)-67/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №8(061)-67/2025

21.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 8(061)-67/2025 21.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Tələbkar vəkalətli nümayəndəsi X2 iştirakı ilə Tələbkar qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində müəyyən edilmiş alimentin indeksasiya edilməsinə dair ərizəsinə məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək qanuni qüvvəyə minmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-125/2023 nömrəli qətməsinə əsasən Borclu ilə birgə nikahdan xx.xx.2017-ci ildə doğulmuş X7 və xx.xx.2022-ci ildə doqulmuş X4 adlı uçaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu hər ay tutulması müəyyən edilmiş 220 manat aliment məbləğinin 2025-ci il üzrə minimum əmək haqqına (400 manat) münasibətdə indeksasiya edilərək, minimum əmək haqqının 0,65 misli miqdarında müəyyən edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar vəkalətli nümayəndəsi X5 məhkəmə iclasında göstərmişdir ki, Tələbkar onun doğma qızıdır. Tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmasına baxmayaraq məhkəmə iclasına gələ bilməmiş, ona etibarnamə verərək məhkəmə iclasında təmsil etməyi həvalə etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-125/2023 nömrəli qətməsinə əsasən cavabdeh Borclu xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X4 adlı uşaqlarıın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınıb iddiaçı X6 verilməsi qət edilmişdir. Həmin qətnamə qəbul edildikdən sonra borclu uşaqların saxlanılması üçün əlavə maddi köməklik etməmişdir. Uşaqların təlim-tərbiyəsi ilə yanaşı tələbkar onların maddi tələbatlarını da ödəyir ki, bu da tək qadın olaraq onun üçün çətinlik yaradır. Eləcə də uşaqlar üçün yaşayış minimumu 2025-ci il üçün 246 manata çatdırılmışdır. Buna görə də tələbkar hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizənin təmin edilməsini xahiş etmişdir. Göstərdiklərinə əsasən qanuni qüvvəyə minmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-125/2023 nömrəli qətməsinə əsasən Borclu ilə birgə nikahdan xx.xx.2017-ci ildə doğulmuş X7 və xx.xx.2022-ci ildə doqulmuş X4 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu hər ay tutulması müəyyən edilmiş 220 manat aliment məbləğinin 2025-ci il üzrə minimum əmək haqqına (400 manat) münasibətdə indeksasiya edilərək, minimum əmək haqqının 0,65 misli miqdarında müəyyən edilməsi barədə qərardad qəbul edilməsini bir daha məhkəmədən xahiş etmişdir. Borclu məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırkı ərizəyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən Borclu iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın vəkalətli nümayəndəsinin izahatını, iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(061)- 125/2023 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh Borclu birgə nikahdan xx.xx.2017-ci ildə doğulmuş X3 və xx.xx.2022-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 150 manat olmaqla ümumilikdə 300(üç yüz) manat sabit pul məbləğində aliment alınıb iddiaçı X6 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respubikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respubikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin qərarın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasında 2020-ci il 01 yanvar tarixdən minimum aylıq əmək haqqının məbləği 250 manat, 2023-cü il 01 yanvar tarixdən minimum aylıq əmək haqqının məbləği 345 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında 27 dekabr 2024-cü il tarixli Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən olunmuşdur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci ilin yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə müəyyən olunmuş işin faktiki hallarına və qeyd olunan hüquq normalarına hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməli, qanuni qüvvəyə minmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-125/2023 saylı qətnaməsinə əsasən cavabdeh Borclu birgə nikahdan xx.xx.2017-ci ildə doğulmuş X3 və xx.xx.2022-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 150 manat olmaqla ümumilikdə 300(üç yüz) manat sabit pul məbləğində alimentin miqdarı uşaqların maraq, mənafeləri, normal böyümələri nəzərə alınmaqla 09 aprel 2025-ci il tarixdən başlayaraq Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşaq üçün 0,43 misli (ərizəyə əsasən bir uşaq üçün alimentin hesablanması 150:345=0,43, 0,43 x 400 =174 manat) həddində indeksasiya olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qər ara aldı: Ərizə təmin edilsin. Qanuni qüvvəyə minmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(061)-125/2023 saylı qətnaməsinə əsasən cavabdeh cavabdeh Borclu birgə nikahdan xx.xx.2017-ci ildə doğulmuş X3 və xx.xx.2022-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 150 manat olmaqla ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində alimentin miqdarı 09 aprel 2025-ci il tarixdən başlayaraq Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşaq üçün 0,43 misli həddində indeksasiya olunsun. Qərardadın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar