Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 8(061)-79/2025 24.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, X1 vəkalətli nümayəndəsi X6 iştirakı ilə X1 Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-1679/2024 saylı qətnaməsini hissə-hissə icra etməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-1679/2024 saylı qətnaməsini hər ay 60 manat olmaqla hissəhissə icra etməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 vəkalətli nümayəndəsi X9 məhkəmə iclasında göstərmişdir ki, X2 onun oğludur. Cavid İsmayılzadənin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmasına baxmayaraq işi ilə əlaqədar məhkəmə iclasına gələ bilməmiş, ona etibarnamə verərək məhkəmə iclasında onu təmsil etməyi həvalə etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-1679/2024 saylı qətnaməsi ilə Cavid İsmayılzadədən 3980 manat dəyərində qızıl-zinət əşyalarının alınaraq Tələbkar verilməsi qət edilmişdir. Cavid İsmayılzadə maddi imkansızlığa görə həmin məbləği bir dəfəyə ödəyə bilməmişdir. O, Bakı şəhərində marketdə satıcı işləyir, aylıq əmək haqqı aşağı səviyyədədir. Əmək haqqının yarısı alimentə yönəlmişdir, Kirayədə yaşayır. Bütün bu xərclər çıxıldıqdan sonra onun özünə az miqdarda pu vəsaiti qalır ki, onun dolanışığına çatmır. Cavid İsmayılzadəyə qarşı "xxxx" ASC-in iddiası olmuş və tələb təmin edilmişdir. Bütün bu səbəblərə görə Cavid İsmayılzadə qətnamə üzrə tutulmalı olan borc məbləğini birdəfəyə ödəmək imkanında olmamışdır. Bunlarla yanaşı onun mülkiyyətində daşınar, daşınmaz əmlak, mal-qara və sair əmlakları yoxdur. Göstərdiklərinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-1679/2024 saylı qətnaməsini hər ay 60 manat olmaqla hissə-hissə icra etməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş AR-İİİ № 289718 nömrəli etibarnamədən görünür ki, X5 atası X7 etibarnamə verərək onu mhkəmə iclasında təmsil etməyi həvalə etmişdir. Tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Tələbkar məhkəməyə elektron qaydada etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, keçmiş həyat yoldaşı qanuni qüvvəsini almış qətnamənin hissə-hissə icra olunması üçün məhkəməyə ərizə vermişdir. Cavabdehin bütün məhkəmə proseslərindən məlumatı olmuş və hətta apellyasiya şikayəti vermişdir. Tərtər Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Cavabdehin qətnamə üzrə olan borcunu ödəməyə maddi imkanı vardır. Ancaq o, qərəzli olaraq borcunu ödəməkdən imtina edir. Göstərdiklərinə əsasən məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini, həmçinin cavabdehin ərizəsinə qəti etiraz etməsinin nəzərə alınmasını və ərizənin rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231-ci maddəsinə əsasən işə tələbkarın və İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun etibarlı nümayəndəsini dinləyib, ərizədə gösətərilənləri, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)- 1679/2024 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-456/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X3 3980 (üç min doqquz yüz səksən) manat dəyərində qızıl-zinət əşyaları, həmin əşyalar olmadıqda isə dəyəri 3980 (üç min doqquz yüz səksən) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 32 manat alınaraq, iddiaçı Tələbkar verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və qətnamənin hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Borclu ailə və maddi vəziyyətinin ağır olmasını bildirsə belə, bu barədə hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Qətnamə qanuni qüvvəsini almaqla icraya yönəldilmişdir. Borclunun ərizəsə göstərdiyi hallar onu məsuliyyətdən azad etmir və icra sənədi ilə borclu olduğu pul vəsaitinin ödənilməsinə, bununla da üzərinə götürdüyü öhdəliyin yerinə yetirlməsinə heç bir maneçilik törətmir. Beləliklə də borclu Cavid İsmayılovun müraciəti ilə əlaqədar icra işi nəzərdən keçirilərkən onun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini birdəfəyə icra etməsinə mane olacaq hal müəyyən edilməmişdir. Bundan əlavə qanunun tələbinə görə qətnamənin hissə-hissə icra edilməsi məsələsi məhkəmə tərəfindən həll edilərkən eyni zamanda tələbkarın mənafeyi də nəzərə alınmalıdır. Belə ki, məhkəmədə elan olunmuş tələbkarın elektron qaydada məhkəməyə ünvanladığı etiraz ərizəsindən görünür ki, o, qətnamə ilə müəyyən edilmiş məbləğin hissəhissə ödənilməsinə etiraz edir və həmin məbləğin bir dəfəyə ödənilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qətnaməsi çıxarıldığı gündən xeyli müddət ötmüşdür ki, bunun nəticəsində tələbkar üçün qətnamənin səmərəliliyi azalır, eləcə də tələbkar öz hüquqlarını realizə etmək imkanından məhrum olur. Göstərilənlərlə əlaqədar məhkəmə hesab edir ki, X1 Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-1679/2024 saylı qətnaməsini hissə-hissə icra etməsi barədə ərizəsi təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: X1 Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli saylı qətnaməsini hissəhissə icra etməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan 10 gün müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №8(061)-79/2025
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №8(061)-79/2025
24.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver