Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 8(061)-8/2025 27.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İcra işi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Tərtər Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cahangir Alıyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cahangir Alıyev xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdimatla müraciət edərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-3951/2024-018 nömrəli icra sənədinə əsasən Borclu barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 2(008)-3951/2024-018 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1981-ci ildə anadan olmuş, Borclu hər ay 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 660 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixində Tərtər Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Borclunun tələbkara 5090 manat aliment borcu yaranmışdır. Odur ki, Borclu barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin edilməlidir. İcra Haqqında Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsində göstərilmişdir ki, Məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin hallarını araşdıraraq hesab edir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-3951/2024-018 nömrəli icra sənədinə əsasən Borclu barəsində ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264,267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-3951/2024-018 nömrəli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətinə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №8(061)-8/2025
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №8(061)-8/2025
27.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver