Məhkəmə qərarları › İş №8(061)-91/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №8(061)-91/2025

15.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 8(061)-91/2025 15.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Borclu iştirakları ilə Borclu Tərtər Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli 2(061)-88/2024 saylı qətnaməsini hissə-hissə icra etməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Borclu ərizə ilə məhkəməyə müraciət edərək Tərtər Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli 2(061)-88/2024 saylı qətnaməsini hissə-hissə tutulmaqla icra etməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Borclu məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli 2(061)-88/2024 saylı qətnaməsi ilə ondan 1320 manat pul alınaraq Tələbkar verilməlidir. Maddi imkanı ilə bağlı həmin qətnamə üzrə borcu birdəfəyə ödəyə bilməmişdir. Adına heç bir daşınar və daşınmaz əmlak yoxdur. Tələbkar borcun hissə-hissə ödənilməsində onunla razılığa gəlməmişdir. Odur ki, bütün bunları nəzərə alaraq Tərtər Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli 2(061)-88/2024 saylı qətnaməsinin hissə-hissə icra etməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydad məlummat verilməsinə baxmayaraq üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişdir. Buna baxmayaraq Tələbkar məhkəmə iclas katibi Hacıyev Ramin Firudin oğlunun mobil telefonun zəng edərək hazırda Xankəndində işlədiyindən məhkəmə iclasında iştirak edə bilməmiş, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və Borclu Tərtər Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli 2(061)-88/2024 saylı qətnaməsini hissə-hissə icra etməsi barədə ərizəsi ilə qətiyən razı olmadığını bildirərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tələbkarın və borclunun izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli 2(061)- 88/2024 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsinin surətində görünür ki, borcludan 1320 manat pul alınaraq Tələbkar verilməlidir. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və qətnamənin hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Borclu ailə və maddi vəziyyətinin ağır olmasını bildirsə belə, bu barədə hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Eləcə də borclu Tərtər Rayon Məhkəməsinin 01 dekabr 2024-cü il tarixli 2(061)-88/2024 saylı qətnaməsi qəbul edilərkən məhkəmə iclasında iştirak edərək iddia tələbini etiraf etmiş, eyni zamanda çıxışlar mərhələsində də iddianı qəbul etdiyini bildirmiş, qətnamədən şikayət veməmiş, qətnamə qanuni qüvvəsini almaqla icraya yönəldilmişdir. Borclunun ərizəsə göstərdiyi hallar onu məsuliyyətdən azad etmir və icra sənədi ilə borclu olduğu pul vəsaitinin ödənilməsinə, bununla da üzərinə götürdüyü öhdəliyin yerinə yetirlməsinə heç bir maneçilik törətmir. Beləliklə də Borclu müraciəti ilə əlaqədar icra işi nəzərdən keçirilərkən onun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini birdəfəyə icra etməsinə mane olacaq hal müəyyən edilməmişdir. Bundan əlavə qanunun tələbinə görə qətnamənin hissə-hissə icra edilməsi məsələsi məhkəmə tərəfindən həll edilərkən eyni zamanda tələbkarın mənafeyi də nəzərə alınmalıdır. Məhkəmənin müvafiq qətnaməsi çıxarıldığı gündən xeyli müddət ötmüşdür ki, bunun nəticəsində tələbkar üçün qətnamənin səmərəliliyi azalır, eləcə də tələbkar öz hüquqlarını realizə etmək imkanından məhrum olur. Göstərilənlərlə əlaqədar məhkəmə hesab edir ki, Borclu Tərtər Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli 2(061)-88/2024 saylı qətnaməsini hissə-hissə icra etməsi barədə ərizəsi təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Borclu Tərtər Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli 2(061)-88/2024 saylı qətnaməsini hissə-hissə icra etməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan 10 gün müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar